21:29 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Dərsliklər ictimai müzakirəyə çıxarıldı

© AR Təhsil Nazirliyinin mətbuat xidməti.
ELM
Qısa URL
34630

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanıb

BAKI, 23 mart — Sputnik. 2017-2018-ci tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 10-cu siniflərinin istifadəsi üçün nəzərdə tutulan, ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərsliklərə və həmin dərsliklər üzrə müəllimlərin işləməsi üçün hazırlanmış metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının "İctimai müzakirə" bölməsində yerləşdirilir və yaxın müddətdə bütün layihələrin saytda yerləşdirilməsi başa çatacaq. Sayta daxil olaraq "İctimai müzakirə" bölməsində yerləşdirilmiş istənilən dərslik və metodik vəsaitin PDF variantı ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür.

İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər. Təhsil Nazirliyi geniş ictimaiyyəti — sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.

Əlaqədar

Dərslik müəllifi olmaq şansınız var
Ekspert: "Azərbaycanda dərsliklər beynəlxalq standartlara cavab vermir"
Mikayıl Cabbarov: dərsliklə bağlı vəziyyət bizi qane edə bilməz
Azərbaycan məktəbliləri üçün 3D formatda dərslik hazırlanıb
Teqlər:
dərslik, təhsil, məktəb, Təhsil Nazirliyi, proqram, müəllim

Əsas mövzular