ELM

Ali məktəblərimiz tələbə üzünə həsrət qalacaq

© AZƏRTAC REPORTУчебный процесс в одном из вузов Баку, фото из архива
Учебный процесс в одном из вузов Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "İmtahanların ödənişli olması Konstitusiyanın pozulmasıdır"

BAKI, 10 mart — Sputnik. Tarif Şurası Dövlət İmtahan Mərkəzinin (DİM) müraciəti əsasında ödənişli xidmətlərin tarifləri ilə bağlı yekun qərar qəbul edilib. Belə ki, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 20 AZN, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 20 AZN, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 40 AZN müəyyən edilib.

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tarif Şurası tələbə qəbulunun qiymətlərini açıqladı

Məlum olduğu kimi, Azərbaycan ərazisində müəyyən xidmət müəssisələri xidmət haqqına ƏDV-ni (əlavə dəyər vergisi) daxil etmir. ƏDV isə 18 faiz təşkil edir. Deməli, Tarif Şurasının müəyyən etdiyi imtahan qiymətlərinin üstünə 18 faiz ƏDV əlavə olunacaq.

ƏDV tətbiqindən sonra abituriyentlərin ödəyəcəyi məbləğlər isə belə olacaq.

20 manat olan imtahan ƏDV ilə 23.6 AZN
40 manat olan imtahan ƏDV ilə 47.2 AZN
50 manat olan imtahan ƏDV ilə 59 AZN
60 manat olan imtahan ƏDV ilə 70.8 AZN
100 manat olan imtahan isə ƏDV ilə 118 AZN təşkil edəcək.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən təhsil eksperti Kamran Əsədov, imtahanda iştirak üçün bu qiymətlərin tətbiq edilməsinin təhsilə göstərəcəyi təsirdən danışıb: "TQDK əvvəllər qeyd edib ki, bir iddiaçının imtahanda iştirak etməsi onlara 25 manata başa gəlir. Ondan sonra qeyd etdilər ki, məqsədləri pul qazanmaq deyil. Amma elan olunmuş imtahan qiymətləri bunların ikisini də inkar edir".

O, qeyd edib ki, istedadlı şəxslərin ali təhsil almaq hüququ Konstitusiyanın 42-ci maddəsinin IV hissəsi ilə təmin edilir: "Bu, o deməkdir ki, yüksək imtahan qiyməti müəyyən etməklə kifayət qədər istedadlı şəxsi təhsildən məhrum edə bilərik. Əvvəlki illərdə ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 63 faizi cari ilin məzunları, 37 faizi isə əvvəlki illərin məzunları idi. İmtahanda iştirak edən abituriyentlərin 70 faizi isə keçid balını toplaya bilmirdi. Çünki onların hazırlıq səviyyəsi aşağı idi".

"Əlbəttə, indi daha çox hazırlıqlı şəxslər ali məktəblərə sənəd qəbulunda iştirak edəcəklər. Amma bu, ali təhsil alacaq insanların sayına da ciddi şəkildə təsir edəcək. Bu ciddi qiymət artımından sonra bizim insanlar kütləvi şəkildə xarici ölkələrdə təhsil almağa üz tutacaqlar" — K. Əsədov bildirib.

© © Karikaturaİmtahan ödənişlidir
İmtahan ödənişlidir - Sputnik Azərbaycan
İmtahan ödənişlidir

Təhsil eksperti deyir ki, bütün hallarda itirən Azərbaycan olacaq: "Artıq böyük əksəriyyət ölkədə oxumaqdan imtina edəcək və xarici ölkələrə axın olacaq. Bu da ölkədə pul qıtlığının yaranma səbəblərindən birinə çevriləcək".

Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Tələbə təqaüdləri ilə bağlı problem meydana çıxıb

"Dünyanın heç bir ölkəsində ali məktəblərə qəbul imtahanlarının qiyməti insanların orta əmək haqqı ilə tərs mütənasib deyil. Bizdə elan olunan xidmət haqqı isə belədir. Bu, insanları kütləvi şəkildə təhsildən məhrum etmə ilə nəticələnə bilər. Nəzərə alsaq ki, Azərbaycanda minimum əmək haqqı 150 manat təşkil edir, deməli, müəyyən edilmiş imtahan qiyməti çox böyük rəqəmdir" — deyə K. Əsədov söyləyib.

O, əlavə edib ki, orta əmək haqqı 2500 dollar olan ABŞ-da imtahan qiyməti 35 dollar təşkil edir: "Türkiyədə orta əmək haqqı 2 min TL təşkil edir, imtahan qiyməti isə təhsil pilləsinə görə 35 və 55 TL-dir".

Təhsil eksperti Elvin Bədirov isə Sputnik Azərbaycan-a bildirib ki, yeni qərar dəyişilməyə məhkum olan qərardır: "Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var. Təhsil alma hüququ da dövlət qurumları tərəfindən vətəndaşlara tamamilə pulsuz şəkildə təmin edilməlidir".

"İmtahanlara görə ödəmə öhdəliyinin tətbiq edilməsi isə Konstitusiyanın vətəndaşlara verdiyi təhsil almaq hüququnun tamamilə pozulması deməkdir. Çünki təhsil hüququnun reallaşdırılması dövlətin dəstəyi ilə olmalıdır" — ekspert vurğulayıb.

Bədirovun sözlərinə görə, ölkədə aztəminatlı ailələr kifayət qədər çoxdur: "Onlar bu pulu ödəyə bilməyəcək, bu da onların təhsildən məhrum olunmasına səbəb olacaq. Qəbul imtahanlarında iştirak edənlərin sayı kifayət qədər azalacaq. Bu da gələcəkdə təhsil alanların sayını azaldacaq və ciddi təhsil probleminə gətirib çıxaracaq".

Xəbər lenti
0