03:54 25 Fevral 2018
Canlı yayım
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

“2016-cı ilin alimi” müəyyən olunacaq

© Foto: Facebook / EİF
ELM
Qısa URL
2301

Elmin İnkişafı Fondu “2016-cı ilin alimi” mükafat müsabiqəsini elan edib

BAKI, 9 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu  “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində "2016-cı ilin alimi" mükafat müsabiqəsini elan edib. 

Bu barədə Sputnik Azərbaycan-a Elmin İnkişafı Fondunun mətbuat xidmətindən məlumat verilib.  

Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuş “Ən Layiqli Alim – Ə.L.A.” müsabiqəsi alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il ərzində əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur. “2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır.

Müsabiqənin afişası
Müsabiqənin afişası

Müsabiqə üzrə qaliblər aşağıdakı bir neçə nominasiya üzrə “İlin alimi-2016”, “İlin gənc alimi-2016” adlarını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər:

Əsas nominasiyalar:

Fizika-riyaziyyat və texnika elmləri üzrə — 1 mükafat (3 000 manat);

Kimya elmləri üzrə — 1 mükafat (3 000 manat);

Yer elmləri üzrə — 1 mükafat (3 000 manat); 

Biologiya, tibb və aqrar elmləri üzrə — 1 mükafat (3 000 manat);

Humanitar və ictimai elmlər üzrə — 1 mükafat (3 000 manat).

Gənc alimlər üçün (35 yaşadək) nominasiyalar:

Təbiət və texnika elmləri üzrə — 1 mükafat (2 000 manat); 

Həyat haqqında elmlər üzrə — 1 mükafat (2 000 manat); 

Humanitar və ictimai elmlər üzrə — 1 mükafat (2 000 manat).

Müsabiqədə iştirak etmək üçün sənədlər 2017-ci il martın 10-dan aprelin 17-si saat 17:00-dək qəbul olunacaq. Nəticələrin 2017-ci ilin may ayının ilk ongünlüyündə açıqlanması nəzərdə tutulur. Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi şəkildə iştirak edə bilərlər. Müsabiqə ilə bağlı sualların elektron-poçt ünvanına göndərilməsi və ya onların zəng vasitəsi ilə cavablandırılması mümkündür. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu haqda Fondun internet portalında əlavə məlumat veriləcək. 

Əlaqədar

Rusiyalı alimlərdən unikal kəşf: yeni era başlayır
Alimlər 3D süni ürək yaratdılar
Tarix İnstitutunun Elmi Şurası özbək alimi ilə bağlı bəyanat qəbul edib
Alimlərdən həyəcan siqnalı: Dünyanı dəhşətli epidemiya təhdid edir

Əsas mövzular