02:17 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
350 0 0

Məktəbdənkənar uşaq kursları, əhatə etdiyi sahələrə və bölmələrə görə orta aylıq hesabla 50 manatdır

BAKI, 23 fev — Sputnik. Pulsuz təhsil formasının mövcud olduğu ölkədə uşağın təhsili və şəxsi inkişafı üçün 10-11 il ərzində orta hesabla 15 min manat tələb olunur və bu, illik məktəb haqlarına daxil deyil. Söhbət hədiyyələrə, bayramlara, hansısa mövcud olmayan fondlara və s. ödənən pullardan gedir. 

Diqqətçəkən faktlardan biri də budur ki, valideynlər beşinci sinfə qədər uşaqlarını adətən iki istiqamətdə kursa göndərirlər: məktəb təhsilini möhkəmləndirmək üçün və uşağın fiziki inkişafını dəstəkləmək üçün. 

Məktəbdənkənar uşaq kursları, əhatə etdiyi sahələrə və bölmələrə görə orta aylıq hesabla 50 manatdır. Əlbəttə, bir az ucuz, yaxud da baha ola bilər. Ümumi məbləğ ayda 100 manata çatır. Əlavə məşğələlər sentyabr ayından başlayaraq yay tətilinə qədər davam edir və demək olar ki, 9 aya qədər uzanır. Uşaqlar 5-ci sinfə qədər “məktəb-əlavə məşğələ-idman” rejimində yaşayırlar. Bundan sonra isə uşaqlar idmandan imtina edirlər və daha oxumaq istəmirlər. Altıncı sinifdən etibarən də uşaqlar repetitorların yanına getməlidirlər ki, universitetə daxil olmaq imkanları çox olsun. 

Göründüyü kimi, təhsil uşaqları öz ayaqları üstündə durmağa öyrətmək üçün ucuz başa gələn və az zəhmət tələb edən məsələ deyil. Valideynlər isə bütün çətinliklərə baxmayaraq, uşaqlarına yaxşı təhsil verməyə çalışırlar. Bu şərtlər altında Azərbaycanda, xüsusilə də Bakıda uşaqların şəxsi inkişafı üçün müxtəlif kurslar və idman klubları aktiv surətdə fəaliyyət göstərir. Misal üçün, Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə uşaq qrupu təşkil olunur. Burada qiymətlər məşğələlərin vaxtına görə 30-40 manat arasında dəyişir. Burada həmçinin uşaqlar üçün gimnastika, cüdo, ciu-citsu (50 manat), kikboksinq (100 manat), sinxron üzgüçülük (80 manat) qrupları da fəaliyyət göstərir. 

Bu yaxınlarda “İçəri şəhər” metrostansiyası yaxınlığında Azərbaycan Gənclər ittifaqı yeni Pionerlər Evi açıb. Burada uşaqlara məktəbdən sonra digər məşğələlər təklif olunur. Burada uşaqlar təkcə ev tapşırıqlarını etmirlər, həmçinin istəyə uyğun olaraq rəqs (40 manat), rəssamlıq, yaxud şahmat (30 manat), xarici dillərin öyrənilməsi (50 manat) ilə məşğul olurlar. 

"Kids business dialogue" kurslarında isə maraqlı təhsil forması seçilib. Valideynlərə natiqlik sənətinin və kütlə qarşısında çıxışların öyrədilməsi, təqdimatların hazırlanması, biznes-planların tərtib olunması təklif edilir. Bu 70 saatlıq təlimlərin aylıq qiyməti 130 manat təşkil edir. Bu, sadəcə sözügedən kurslardan biridir. Bu məbləğə məktəbdənkənar məşğələlər təşkil edən özəl təşkilatların sayı az deyil. Düzünü desək, məktəbdənkənar təhsil müəssisələrindəki xərclərdən bəhs olunan məqalədə “Pionerlər Evi” adı bir qədər ironik səslənir, özü də o tipli “Evlər”lə şəxsi təcrübəsində tanış olmuş nəsil üçün. Amma zaman öz qaydalarını diktə edir. 

Əlavə etmək lazımdır ki, bu ildən başlayaraq ümumtəhsil məktəblərində valideynlərə həmçinin şagirdlərin əlavə məşğələlərdə qalmaq hesabına dərs prosesində iştirakını uzatmaq təklif ediləcək. Onların qiymətləri isə fərqli olacaq. Misal üçün, Saray qəsəbəsində valideynlər pedaqoqların uşaqlarla əlavə məşğul olması üçün ayda 10 manat ödəməli olacaqlar. Xırdalan şəhərində isə fakültativ məşğələlərə ayda 50 manat ödəmək lazım gələcək. Əlbəttə, bütün bu məşğələlər məcburi deyil. Sadəcə valideynlər uşaqlarını inkişaf kurslarına və dərslərinə yönəltməyə borcludurlar ki, onların gələcəkdə irəli getmələri üçün gizli potensialları üzə çıxsın. 

İrəli gedərək bildirək ki, valideynlərin xərcləri bununla bitmir. Onlar ali məktəblərə qəbul imtahanları üçün də pul ödəməli olacaqlar. Daha sonra isə ali təhsilə də pul ödəmək lazım gələcək. Çünki AR Təhsil Nazirliyinin verdiyi məlumata görə, yerli universitetlərdə dövlət hesabına təhsil almaq mümkün olan ixtisaslar 30%-dən az qalıb. Ali məktəbləri bitirəndən sonra isə dövlət xidmətindəki vakant yerləri tutmaq üçün imtahan verməyə də pul lazım gəlir. Bu isə tamam ayrı söhbətin mövzusudur….

Əlaqədar

Şahlar Əsgərov: “Təhsili gündən-günə mürəkkəbləşdirirlər”
Məmur övladlarına xaricdə təhsil almaq qadağan edilməlidir?!
Təhsil nazirindən gözlənilməz qərar - valideynlər təlaşda
Teqlər:
Pionerlər Evi, Bakı Su İdmanı Sarayı, Təhsil problemləri, Azərbaycan Gənclər İttifaqı, Təhsil Nazirliyi, Saray qəsəbəsi

Əsas mövzular