16:58 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
9310

Yumurta qabığı yeni nəsil kompüterlərdə istifadə ediləcək

BAKI, 23 fev — Sputnik. Çinli alimlər tərəfindən məlumatların saxlanılması üçün hazırlanmış yeni qurğunun əsasını xırdalanmış yumurta qabığı təşkil edir. Yeni həll daha sürətli və ekoloji cəhətdən təmiz kompüterlər yaratmağa kömək edə bilər.

Bu barədə Sputnik Azərbaycan fins.az-a istinadən məlumat verir.

Qyuçjou Texnologiya İnstitutunun alimləri yumurta qabığını nanoölçü tozu halına gətiriblər. Bu tozu qurutduqdan sonra onu məhlulda həll edib və yaddaş çipinin elektrik cərəyanı keçirən elektrolit səthinə sürtüblər.

Yeni həll növbəti nəsil məlumatların saxlanılması qurğularının vacib komponenti olan rezistiv əməli yaddaşdır (“ReRAM”). ReRAM adi əməli yaddaşdan daha sürətli işləyir, məlumatların saxlanılması üçün daha yüksək sıxlığı təmin edir, dinamik RAM və ya fləş yaddaşla müqayisədə daha az enerji sərf edir.

Əsas mövzular