ELM

Planetimizlə bağlı mühüm kəşf

© AFP 2023 / NASA/HANDOUTВид Земли с Международной космической станции
Вид Земли с Международной космической станции - Sputnik Azərbaycan
Abunə olmaq
Bu kəşfin müəllifləri hesab edirlər ki, qitələrin sayını 7-dən 8-ə qaldırmaq və ora Zelandiyanı da əlavə etmək lazımdır

BAKI, 17 fev — Sputnik. Sakit Okeanın suları altında, onun cənub-qərb hissəsində Yerin səkkizinci qitəsi – Zelandiya yerləşir. Sputnik Azərbaycan Nature News-a istinadla xəbər verir ki, bunu Yeni Zelandiya, Avstraliya və Yeni Kaledoniyadan olan geoloqlar xəbər veriblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nigeriyaya səfəri, 2 mart 2016-cı il - Sputnik Azərbaycan
Ərdoğan Güləni bu qitədən də qovur

Yeni qitənin sahəsi 5 milyon kvadrat kilometrdir. Onun böyük hissəsi — təqribən 94 faizi suyun altındadır. Ora Yeni Kaledoniya adaları və Yeni Zelandiyanın Şimal və Cənub adaları da daxildir

Alimlərin qiymətləndirməsinə görə, Yeni Zelandiya qədim nəhəng materik Hondvanadan (Gondwana) 100 milyon il əvvəl qopmağa başlayıb. Bu, Yer qabığının deformasiyaya uğramasına səbəb olub. Nəticədə materikin böyük bir hissəsi suyun altında qalıb. 

Geoloqlar öz nəticələrini peyk müşahidələri və qravimetriyanın (yer kürəsinin müxtəlif nöqtələrinə düşən ağırlıq qüvvəsinin öyrənilməsi — red.) köməyi ilə də təsdiqləyiblər. Onların qənaətinə görə, Zelandiyanın yerində materik olub, çünki onun səthində nə hər hansı okean qabığı, nə də vulkanik süxurlar mövcud deyil. 

Bu kəşfin müəllifləri hesab edirlər ki, qitələrin sayını 7-dən 8-ə qaldırmaq və ora Zelandiyanı da əlavə etmək lazımdır. Qeyd edək ki, bizdən fərqli olaraq, ingilisdilli ölkələrdə artıq qitələrin sayı 7 qəbul olunub və onlar belə adlandırılır: Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Şimali və Cənubi Amerika. 

Xəbər lenti
0