18:40 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
9701

Ödənişlər orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulu ilə bağlı imtahanlarda iştirak etmək üçün nəzərdə tutulur

BAKI, 13 fev — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyənləşdirilməsinə dair təkliflərini Tarif Şurasına göndərib. DİM-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ödənişlər orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Tarif (qiymət) Şurası test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib, prezidentə məlumat verməlidir.

Əlaqədar

Dövlət İmtahan Mərkəzindən gözlənilməz qərar
Deputatlar dil imtahanından keçəcək: Kim onu verə biləcək, kim yox?
Yeni imtahan qaydaları şərh olunur
Dövlət İmtahan Mərkəzinin nümayəndəsi: "Monitorinqin nəticələri ürəkaçan deyil"
Buraxılış imtahanlarının yeni qaydaları müzakirə olunacaq
Müəllimlərin imtahanı ilə bağlı böyük qalmaqal
Valideynlər övladlarının imtahanında iştirak edə biləcəklər
Yeni imtahan qaydaları açıqlandı
Teqlər:
DİM, Dövlət İmtahan Mərkəzi, qəbul, imtahan, tələbə

Əsas mövzular