ELM

"Qaynar xətt" Sputnik-in əməkdaşına həvalə edilib

© Sputnik / Murad Orujov"Sputnik-Azərbaycan"ın əməkdaşı Təranə Xudabaxşiyeva
Sputnik-Azərbaycanın əməkdaşı Təranə Xudabaxşiyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdaşımız UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olub

BAKI, 11 yan — Sputnik. Yanvarın 10-da Sputnik Beynəlxalq İnformasiya Agentliyinin müxbiri Təranə Xudabaxşiyeva UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olub. Yazılı və test üsulu ilə təşkil edilən imtahanlarda müşahidəçi qismində iştirak edən jurnalistə həm də UNEC-in "Qaynar xətt" xidməti həvalə edilib. O, tələbələrin müraciətlərini dinləyib.

Qeyd edək ki, 2016/17-ci tədris ilinin qış imtahan sessiyasında UNEC-in "Qaynar xətt" (146-1-3) xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib.

Xəbər lenti
0