20:42 17 Oktyabr 2017
Canlı yayım
UNEC Ekspert jurnalının növbəti sayı təqdim edilib

Böyük marağa səbəb olan jurnalın növbəti sayı nəşr olunub

© Foto: UNEC
ELM
Qısa URL
1501

Ölkənin aparıcı alimlərinin iqtisadi proseslərə münasibəti "UNEC Ekspert"də

BAKI, 6 yan — Sputnik. İctimaiyyətin böyük marağına səbəb olan "UNEC Ekspert" jurnalının növbəti sayı təqdim edilib. Universitetin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, "UNEC Ekspert" jurnalının yeni sayında oxucular dünyada və ölkədə baş verən iqtisadi proseslərə ölkənin aparıcı alimlərinin münasibətini öyrənməklə yanaşı, onların təklifləri ilə də tanış olacaqlar.

UNEC Ekspert jurnalının növbəti sayı təqdim edilib
© Foto: UNEC
"UNEC Ekspert" jurnalının növbəti sayı təqdim edilib

Məlumat-təhlil tutumu zəngin olan jurnalda iqtisadiyyatın müxtəlif sahələri üzrə ekspert yanaşmaları yer alıb. Beynəlxalq təcrübə geniş təhlil edilib.

Dünyanın mürəkkəb iqtisadi və biznes aləmindəki vəziyyətin rasional proqnozlaşdırma və analitik təhlilə ehtiyac duyulduğu bir zamanda jurnalın məqalələri çox aktualdır. Bu baxımdan "İdman turizminin davamlı iqtisadi inkişafda rolu", "Azərbaycanın kimya sənayesinin ixrac potensialı", "Texnologiya tutumlu kənd təsərrüfatına doğru", "Vergi məcəlləsinə dair təkliflər", "Azərbaycanın iqtisadiyyatının rəqabət qabiliyyətinin artımında universitetlər necə kömək edə bilərlər?" başlıqlı araşdırma-təhlil məqalələri diqqəti daha çox çəlb edir.

UNEC Ekspert jurnalının növbəti sayı təqdim edilib
© Foto: UNEC
"UNEC Ekspert" jurnalının növbəti sayı təqdim edilib

Jurnal ildə iki dəfə olaraq nəfis tərtibatla nəşr olunur.

Əlaqədar

Jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri açıqlandı
Leyla Əliyeva gənc jurnalisti mükafatlandırdı
Azərbaycan avstriyalı jurnalistin xahişini yerə salmadı
Yapon jurnalist Azərbaycanın "qara siyahı"sından çıxarıldı
Teqlər:
"UNEC Ekspert", biznes, jurnal, iqtisadi, iqtisadiyyat

Əsas mövzular