ELM

UNEC müəllimləri mükafatlandırılıb

© Photo : UNEC-in mətbuat xidmətiUNEC bir sıra əməkdaşı səmərəli elmi-pedaqoji və əmək fəaliyyətinə görə mükafatlandırıb
UNEC bir sıra əməkdaşı səmərəli elmi-pedaqoji və əmək fəaliyyətinə görə mükafatlandırıb - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilən müəllimlərlə görüşən rektor, professor Ədalət Muradov universitetdə keyfiyyətli təhsil uğrunda aparılan işlərə dəstək olan müəllimlərə təşəkkürünü çatdırıb.

BAKI, 30 dek-Sputnik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir sıra əməkdaşı səmərəli elmi-pedaqoji və əmək fəaliyyətinə görə mükafatlandırılıb.

UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilən müəllimlərlə görüşən rektor, professor Ədalət Muradov universitet kollektivinə yeni ildə uğurlar, həmrəylik arzulayıb və universitetdə keyfiyyətli təhsil uğrunda aparılan işlərə dəstək olan müəllimlərə təşəkkürünü çatdırıb. UNEC-in çox böyük kadr potensialına malik olduğunu xüsusi vurğulayan Ə.Muradov müəllimlərin nüfuzunun yüksəldilməsi məqsədilə reallaşdırılan layihələrdən və görüləcək işlərdən danışıb. “UNEC müəllimi hər şeyin ən yaxşısına layiqdir” — deyə bildirən rektor, müəllim peşəsinin aliliyini təbliğ edən “Müəllim güc mənbəyidir” və digər bu kimi layihələrin icrasına önəm verildiyini qeyd edib.

Tədbirdə bir qrup müəllimə UNEC-in “Fəxri Fərman”ı təqdim edilib.

Qeyd edək ki, sonda rektor və müəllimlər 2017-ci ildə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0