ELM

Universitetlər arasında ana dili müsabiqəsi keçirilib

© Photo : UNEC-in mətbuat xidmətiAzərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində I Universitetlərarası Ana dili müsabiqəsi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC-də keçirilən müsabiqənin qalibləri diplom və mükafatla təltif ediliblər

BAKI, 26 dek — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr edilən müsabiqə "İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyi və "UNEC Yaradıcılıq Mərkəzi"nin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirin məqsədi, milli sərvətimiz olan ana dilinin təbliğinə, onun gənclərə sevdirilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etməkdir. Münsiflər heyəti — xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Zaur Əmiraslanov, filolologiya elmləri doktoru, professor Zahid Xəlil, yazıçı-ssenarist Vüsal Nuru və "Azəri Star" layihəsinin laureatı Aygül Məmmədova UNEC-də reallaşdırılan layihənin müxtəlif ixtisas sahibləri olacaq tələbələrin yaradıcılıq qabiliyyətlərinin də üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar.

© Photo : UNEC-in mətbuat xidmətiAzərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetində I Universitetlərarası Ana dili müsabiqəsi keçirilib - Sputnik Azərbaycan
1/5
Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib.

2/5

3/5
Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib.
© Photo : UNEC-in mətbuat xidmətiAzərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində I Universitetlərarası Ana dili müsabiqəsi keçirilib - Sputnik Azərbaycan
4/5
Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib
© Photo : UNEC-in mətbuat xidmətiAzərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetində I Universitetlərarası Ana dili müsabiqəsi keçirilib - Sputnik Azərbaycan
5/5
Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib.
1/5
Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib.
2/5
Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib.
3/5
Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib.
4/5
Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib
5/5
Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib.

17 universitetin tələbələri şeir və mahnı kateqoriyaları üzrə bacarıqlarını sınayıblar. Gərgin keçən şeir müsabiqəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ümman Budaqov I yerin qalibi olub. II yerə UNEC tələbəsi İqbal Bayramov, III yerə isə Sumqayıt Dövlət Universitetinin tələbəsi Əliyar Rəfiyev layiq görülüb.

Ən yaxşı mahnı ifaçısı isə UNEC tələbəsi, gənc vokalçı Aslan Əzimzadə seçilib. II yerə ADMİU tələbələri Azər Səlimov, Ağayar Xanlarov, Cahandar Xanlarov, III yerə isə Odlar Yurdu Universitetinin tələbəsi Ənvər Məmmədhəsənov layiq görülüb. Qeyd edək ki, qaliblər diplom və mükafatla təltif ediliblər.

Xəbər lenti
0