ELM

İrəvan xanlığının tarixinə həsr olunmuş yeni əsərlər təqdim olunub

© Sputnik / Murad OrujovAzərbaycan, ingilis və rus dillərində nəşr olunmuş, İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirilib
Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş, İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" adlı kitabçada Azərbaycan xalqına məxsus olan və erməni vandalları tərəfindən dağıdılan nadir memarlıq abidələrinin taleyindən bəhs olunur

BAKI, 24 noy — Sputnik. Bu gün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş, İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Prezident Kitabxanası və "Azərbaycan Tarixçiləri" İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə reallaşıb.

"İrəvan xanlığı" və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb. Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması" layihəsi çərçivəsində ATİB tərəfindən nəşr olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

© Sputnik / Murad OrujovAzərbaycan, ingilis və rus dillərində nəşr olunmuş, İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirilib
Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş, İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirilib - Sputnik Azərbaycan
1/4
Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş, İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirilib

2/4

3/4

4/4

"İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı" və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" adlı kitabçaların müəllifi Tarix İnstitutunun böyük elmi işçisi Nazim Mustafa, "İrəvan xanlığı: İrəvan qalası — qəhrəmanlıq qalası" və "Çuxursəd hakimləri və İrəvan xanları" adlı kitabçaların müəllifi isə Tarix İnstitutunun aparıcı elmi işçisi Güntəkin Nəcəflidir.

Təqdimat mərasimində çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Tarix İnstitutu ilə kitabxana arasında birgə əməkdaşlıqdan söhbət açıb: "Diqqətinizə çatdırıram ki, AMEA Bakıxanov adına Tarix İnstitutu ilə Prezident Kitabxanası on ildən artıqdır ki, səmərəli əməkdaşlıq edir. İnstitutun nəşr etdirdiyi bir çox kitabların ilk təqdimatının məhz bizim kitabxanada keçirilməsi artıq ənənə şəklini almışdır. Prezident Kitabxanasında Azərbaycanın dövlətçilik tarixinə, dövlət rəmzlərinə, erməni vandalizminə, erməni cinayətlərinə, 20 Yanvar və Xocalı faciələrinə dair elektron resurslar hazırlanmışdır ki, həmin resursların hazırlanması zamanı ilk növbədə Tarix İnstitutunun əməkdaşlarının əsərlərindən istifadə edilmişdir. Tarix İnstitutunun nəşrlərinin elektron versiyaları da ilk növbədə bizim Kitabxananın "Elektron kitablar" bölməsində yerləşdirilir".

"Dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yazılan və müəllifləri Dövlət mükafatına layiq görülən "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi" monoqrafiyasının Azərbaycan, ingilis və rus dilində versiyalarının təqdimatı da ilk olaraq bizim kitabxanamızda keçrilmişdir. 2014-cü ildə ölkəmizin diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirәsindә cənab Prezident İrəvan xanlığı haqqında həqiqətlərin daha geniş auditoriyaya çatdırılması üçün kiçik həcmli broşürlərin buraxılmasını aidiyyəti təşkilatlara tapşırmışdı", — M. Əhmədov bildirib.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxışında qeyd edib ki, müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə — XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub: "Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın, məhz bu regionunda — İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra, Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrü başlandı. Nəhayət, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda — keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı".

"İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" adlı kitabçada Azərbaycan xalqına məxsus olan və erməni vandalları tərəfindən dağıdılan nadir memarlıq abidələrinin — qədim İrəvan məscidlərinin acı taleyindən bəhs olunur. Əsərdə qeyd olunur ki, erməni rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin simvolu kimi əks etdirilib. Tarixçi-alim Nazim Mustafa yazır: "Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara "Fars məscidi" kimi təqdim edirlər".

Tədbirdə bildirilib ki, erməni vandalları İrəvan qalasındakı Xan sarayını (Sərdar sarayı) dağıdıb yerində konyak zavodu tikiblər. Qeyd edək ki, Xan sarayını 1578-ci ildə Azərbaycan Səfəvi dövlətinin İrəvan bəylərbəyi Toxmaq xan tikdirib.

Xəbər lenti
0