11:44 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
29 0 0

Disklərə "Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasəti", "Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın xarici siyasəti" və digər əsərlər daxil edilib

BAKI, 22 noy — Sputnik. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının müdiri, professor Əli Həsənovun əsərlərindən ibarət disklər AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim edilib. Bu barədə Sputnik-ə AMEA-nın Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Diskə "Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasəti" (o cümlədən türk və rus dillərində), "Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın xarici siyasəti" (o cümlədən rus dilində), "Azərbaycanın geosiyasəti" və "Geosiyasət" (o cümlədən türk və rus dillərində) əsərləri daxil edilib.

Digər diskə "Güney Kafkasya, Hazar-Karadeniz Havzaları ve Azerbaycan'ın Jeopolitiği", "Hazar-Karadeniz Havzalarıyla Güney Kafkasya'ın Jeoekonomik karakteristiğe ve Azerbaycan'ın yeni petrol politikası", "Güney Kafkasya'ın Askeri-Jeostratejik durumu ve Azerbaycan'ın güvenlik politikası", "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri", "Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasətinin əsasları" və "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti" əsərləri daxildir.

Əlaqədar

Əli Həsənov: "Konstitusiya islahatları ölkədəki əsaslı dəyişikliklərdən irəli gəlir"
Əli Həsənov: Erməni tərəfi bu dəfə də təxribata əl atdı
Əli Həsənov: Hakimiyyətə etiraz edənlər heç bir sosial dayağa malik deyillər
Əli Həsənov: 2015-ci ildə Azərbaycan uğurlu inkişafını davam etdirib
Əli Həsənov: Biz bu vəziyyətdən çıxacağıq
Əli Həsənov: “Üzən məzənnə”yə keçid cəmiyyət üçün itkisiz başa gəlmir
Əli Həsənova ağır itki üz verdi
Teqlər:
kitabxana, disk, AMEA, əsər, professor, Əli Həsənov

Əsas mövzular