13:14 30 May 2017
Canlı yayım
Orta məktəb şagirdləri dərs zamanı

Respondentlərin 96 faizi ölkənin təhsil sistemindən narazıdır

© Foto: STR
ELM
Qısa URL
294 0 0

Sosial şəbəkə istifadəçiləri arasında keçirilən sorğu iştirakçılarının böyük əksəriyyəti mövcud təhsilimizin durumundan narazılığını ifadə edib

BAKI, 15 noy — Sputnik. Sputnik Azərbaycan Agentliyinin rəsmi "Facebook" səhifəsində səsvermə keçirilib. Sosial şəbəkə istifadəçilərinə "Azərbaycanın təhsil sistemindən razısınız, ya yox?" sualı ünvanlanıb.

Sorğuya, ümumilikdə 284 nəfər rəy bildirib. Onlardan 272 nəfəri (95.77 faiz) təhsil sistemindən narazı, 12 nəfər (4.23 faiz) isə razı olduğunu qeyd edib. Bəzi vətəndaşla, fikirlərini daha geniş şəkildə ifadə ediblər. Belə ki:

Elnarə Sadıxova: "Razı deyiləm. Azərbaycanda hər şey pulun başındadır. Pulun varsa, yaxşı təhsil ala biləcəksən. Pullu məktəblərdə uşaqları yaxşı öyrədirlər, dərs keçirlər".

Mahal Məmmədov: "Təhsilimiz sistemsizlikdən əziyyət çəkir. Sistem yoxdursa, necə razı olmaq olar?".

Asif Manaflı: "Razı deyiləm. Nə qədər ki, müəllimlərin maaşı artmayacaq, təhsildən söhbət gedə bilməz".

Qoşqar Namazov: "Əsla, razı deyiləm. 10-cu sinif şagirdlərinə məktəbdə, ümumiyyətlə təhsil vermirlər. Övladım sentyabr ayından bəri bir fəndən belə, qiymət almayıb. Səbəbini soruşduqda deyir ki, "ay ata, şagirdlərin hamısı hazırlıq kurslarına gedir".

Ömər Eyyublu: "Azərbaycanda təhsili öldürüblər. Qatillərini tapmaq lazımdır".

Nüsrəvan Mahmudov: "Razı deyiləm. İndiki təhsil sistemi elədir ki, uşaq birinci sinfə gedəndən valideyn onu ödənişli hazırlıq kursuna və ya repetitor yanına qoymalıdır. Yoxsa uşaq heç vaxt oxuya bilməz. Mən üç uşaq oxuduram, imkanım yoxdur uşaqlarımı hazırlığa qoyam, bu səbəbdən də uşaqlar heç bir şey öyrənə bilmirlər".

Elşən Talışov: "3-cü sinifdə oxuyan uşağın çantası 7.5 kq gəlir. Əvvəla o çantanı uşaq daşıya bilməz. Uşaqların başları da boş olur, çünki təhsil yoxdur".

Vüqar Goran: "Olmayan şeydən danışmaq müşkül məsələdir".

Cümşüd Məmmədov: "Razı deyiləm. Təhsil çökür".

Samirə Əliyeva: "Əlbəttə, razı deyiləm. Rüşvət olan bir təhsilin səviyyəsindən söhbət gedə bilməz".

Əlaqədar

Xaricdə təhsil alanlara əsgərlikdən möhləti prezident verəcək
"Azərbaycanda təhsil intizamı pozulub"
"Sahibkarlıq təhsili"nin qalibləri bəlli oldu
Azərbaycan təhsil müəssisələri - 2016
Təhsildə keyfiyyətə bunlar mane olurmuş
Azərbaycanda hər dörd uşaqdan biri rus bölməsində təhsil alacaq
"Təhsil Nazirliyi mütəxəssislərlə işləmək əvəzinə, onları "daşa tutur""
"Təhsil Nazirliyi valideynlərə basqı edir ki, uşağına paltarı o fabrikdən almalısan"
Teqlər:
"Facebook", valideyn, şagird, təhsil, sorğu, Azərbaycan

Əsas mövzular