18:52 21 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Çində tapılan cəsəd

Çində tapılan 500 illik cəsəd görənləri şoka saldı

© Foto : Haberlerim.com.tr
ELM
Qısa URL
501910

Arxeoloqlar qazıntılar zamanı cəsədin tapıldığı qəbirdən həmçinin iki yorğan, bir yastıq və 20-yə qədər ipək paltar da çıxarıb.

BAKI, 31 okt-Sputnik. Çinin Hubey əyalətində, saçları, qaşı və üzünün şəkli pozulmamış 500 illik qadın cəsədi tapılıb.

Çin Kommunist Partiyasının (ÇKP) rəsmi nəşri olan Global Times qəzetinin Çin dilində yayılan xəbərinə görə, Hubey əyalətinin Şışou şəhərində 500 illik cəsədin tapıldığı bildirilib. 

Xəbərə görə, Min Xanədanlığı dövrünə aid qəbirdə cəsədin saçı, qaşı, dişləri, üz quruluşu olduğu kimi görünüb. 

Arxeoloqlar qazıntılar zamanı cəsədin tapıldığı qəbirdən həmçinin iki yorğan, bir yastıq və 20-yə qədər ipək paltar da çıxarıb. 

Şışou Müzey və Mədəniyyət İdarəsinin müdir müavini Ping Tao deyib ki, çıxarılan qadın cəsədinin saç və dişlərindən götürülmüş nümunələr əsasında aparılmış testin nəticələrinə görə, onun 60 yaşında olduğunu müəyyənləşdirib.  O, cəsədin əynindəki ipək geyimlərin onun xarab olmasını qarşısını aldığını qeyd edib. 

Ping, qəbirdə hər hansı bir yazılı ifadəyə rast gəlmədiklərini, qadının şəxsiyyətinə dair heç bir məlumat əldə edə bilmədiklərini deyib. 

Pingin sözlərinə görə, cəsədin geyim və bahalı zinət əşyaları ilə birlikdə dəfn edilməsi Min Xanədanlığı dövründə geniş yayılmış adət olub. 

Ping cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib. 

Teqlər:
ipək geyim, qadın cəsədi, qəbir, Şışou Müzey və Mədəniyyət İdarəsi, Min Xanədanlığı, Çin Kommunist Partiyası, Global Times qəzeti, Ping Tao, Çinin Hubey əyaləti, Çin

Əsas mövzular