ELM

İnsanın yaddaşını dəyişdirmək mümkün olacaq

© pixabay / geraltİnsan beyni
İnsan beyni - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı alimlər insanları ağır xatirələrdən xilas etmək və köməkçi yaddaş sistemini oyandırmaq metodları üzərində işləyirlər.

BAKI, 25 okt-Sputnik. Amerikalı elm adamları insan yaddaşının naməlum xassələrini aşkar ediblər. Sputnik-in xarici mətbuata istinadla verdiyi xəbərə görə, alimlər bəyan ediblər ki, insanın yaddaşı onun xəbəri və razılığı olmadan dəyişdirilə bilər.

Məlum olub ki, bunun üçün sosial qarşılıqlı əlaqə metodunu tətbiq etmək kifayətdir.

Mütəxəssislərin sözlərinə görə, insan yaddaşını dəyişdirməyin 4 üsulu var. Onlardan biri də budur ki, insan hətta yaddaşının dəyişdirilməsindən xəbər belə tuta bilməz.

Alimlər izah edirlər ki, insanın yaddaşını minlərlə kitab olan və bir insanın həyatındakı bütün hadisələri özündə ehtiva edən kitabxana ilə müqayisə etmək olar.

Xatirələr digər insanlarla ünsiyyət zamanı dəyişə bilər. Onlar yeni məlumatları necə xatirəyə çevirə bilirlərsə, eləcə də beyni yeni informasiyalarla yükləyərək yaddaşın bir hissəsini silə bilərlər. Eyni zamanda müraciət zamanı xatirələrin təhrif olunması baş verə bilər.

Kollektiv təsir metodikasından istifadə edərək yaddaşı yenidən yazmaq olar. İnsanın yaddaşını başqa bir həmsöhbətin yaddaşı ilə dəyişmək də mümkündür. Bunun üçün müxtəlif məqamlara diqqət edərək onun xatirələrinə düzəliş etmək lazımdır. 

Xatirələr həm də o vaxt dəyişir ki, insanda baş vermiş hadisələrin xronologiyası ilə bağlı hansısa şübhələr var. Onun həmsöhbəti isə öz xatirələri ilə bu boşluğu doldurur. O da var ki, heç bir

insan hətta başqa insanın yaddaşının yenidən yazılmasını arzulamır.
Alimlər qeyd edirlər ki, yaddaşın dəyişdirilməsi metodikasının işlənməsi insanlara onlardakı psixoloji problemləri oyadan ağır xatirələrdən xilas olmağa kömək edəcək.

Yaddaşın dəyişdirilməsi metodikası yaddaşı tənzimləyən beyin hüceyrələrinə xarici müdaxilə ilə mümkündür.

Amerikalı alimlər insanın yaddaş sistemində məlumatların toplanması üçün işlək yaddaş qurğusu ilə yanaşı ehtiyat yaddaş qurğularının da olduğunu müəyyən ediblər. Onların qənaətinə görə, əgər insan beynindəki ehtiyat yaddaş qurğularını işə salmaq mümkün olsa, onda insan yaddaşı sərhəd tanımayacaq.

Xəbər lenti
0