ELM

Bu həşəratların intellekti alimləri heyrətə saldı

© Sputnik / Ilham MustafaBal arısı
Bal arısı - Sputnik Azərbaycan
Abunə olmaq
Arıların sosial təlimləri tezliklə mənimsəməsi, özlərinə aid mədəniyyət yaratması və intellekti bir sıra suallar doğurur

BAKI, 6 okt — Sputnik. Yeni araşdırma arılarla bağlı ilginc gerçəkliyi üzə çıxarıb. Sən demə, onlar çox yüksək intellekt sahibləri imiş.

Elmə çoxdan məlumdur ki, quşlar və meymunlar qida əldə etmək üçün müəyyən çərçivədə nələrisə öyrənə bilir. Məsələn, heyvanları əhliləşdirən sirk ustaları, adətən onların zəif yerindən, yemək əldə etmək istəklərindən istifadə edirlər. Heyvanlar sirk ustasındakı yeməyi əldə etmək üçün onun dediyi hər bir hərəkəti dəqiq yerinə yetirməyə çalışır. Yemək və yaşamaq uğrunda mübarizə insanlarda olduğu kimi, bir çox quş və heyvanlarda da intellekti inkişaf etdirir.

Barama qurdu - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bu həşərat Azərbaycana milyonlar qazandıra bilər

İndi isə Şahzadə Mariya London Universitetinin alimləri araşdırma nəticəsində təzə dünyaya göz açmış kiçik arıların belə, bir çox bacarıqlara tezliklə yiyələndiyini müəyyən ediblər. Arılar kimi həşəratların sürətli öyrənmə imkanlarının mövcud olması yenilik deyil. Amma arılar öz sürətli öyrənmə qabiliyyətləri ilə yanaşı düşünməyə və dərk etməyə də qadirdir.

Onların bu bilikləri artıq içində olduqları arı koloniyalarında formalaşmağa başlayır. Arıların sosial təlimləri tezliklə mənimsəməsi, özlərinə aid mədəniyyət yaratması və intellekti bir sıra suallar doğurur.

Tədqiqatçılar arılar üzərində eksperimentlərə şəkərli mayeyə batırılmış 3 süni güllə başlayıblar. Şəkərli çiçəklər hərəkət etdirilən sapların köməyi ilə, qaldırılması mümkün olan tamamilə şəffaf panelin altına qoyulub. Alimlər bu üsulla yoxlamaq istəyiblər ki, arılar özləri problemi həll etməyə və qidaya çatmağa qadirdirmi. Arıların hamısı olmasa da, 2-si 110-cu cəhddən sonra çıxış yolunu tapıb.

İkinci eksperimentdə arılar artıq sapla necə rəftar etməyin yolunu tapıb. Nəticədə 40 arıdan 23-ü çiçəklərin yolunu açmağa müvəffəq olub. Digər arılar üzərində də bu eksperiment təkrarlanıb və məlum olub ki, arıların 60%-i özünə lazım olan nektarı toplamaq üçün ən əlçatmaz yerlərlə bağlı da çıxış yolu tapa bilir.

"Biz maraqlanırdıq ki, onlar öz kiçik beyinləri ilə bunu necə bacarır? Və onların miniatür əsəb sistemi belə fərqli davranışları və idrak tələb edən tapşırıqları necə icra edir?" — deyə layihənin rəhbəri Lars Çittka bildirib.

Arıların qurduqları şanvari yuvalar tarixin bütün dövrlərində elm adamlarını ciddi şəkildə düşündürüb. Arı şanındakı qüsursuz proporsiyanı əldə etmək üçün kifayət qədər inkişaf etmiş beyinə məxsus insan nə qədər riyazi hesablamalar aparmalı olur, xətkeşlə işləyərkən nə qədər səhvə yol verir.

Ya da bir evi tikən bənna heç vaxt arı dəqiqliyi ilə işləyə bilmir. Amma arılar hesablamaya və xətkeşə ehtiyac duymadan və zərrə qədər də səhvə yol vermədən şanlarını qurur və onu dünyanın ən əvəzsiz neməti olan balla doldurur.

Xəbər lenti
0