ELM

Azərbaycanda tərcümə mərkəzi yaradılıb

© Photo : REPORT IAAzərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəz dünyanın aparıcı universitetlərində tədris edilən müvafiq iqtisadi dərslik və dərs vəsaitlərinin ingilis, fransız, alman və rus dillərindən Azərbaycan dilinə tərcüməsini təmin edəcək

BAKI, 6 okt — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tərcümə Mərkəzi yaradılıb. İqtisad Universitetinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, mərkəz dünyanın aparıcı universitetlərində tədris edilən müvafiq iqtisadi dərslik və dərs vəsaitlərinin ingilis, fransız, alman və rus dillərindən Azərbaycan dilinə tərcüməsini təmin edəcək. Eyni zamanda həmin vəsaitlərin dərc olunması, müəllim və tələbələrin yeni iqtisadi ədəbiyyatlarla təmin edilməsi işini də mərkəz həyata keçirəcək.

Həmçinin, ingilis-azərbaycan, fransız-azərbaycan, rus-azərbaycan, alman-azərbaycan dillərində iqtisadi lüğətlər tərtib edərək UNEC-in kitab fondunu zənginləşdirəcək. Tərcümə Mərkəzində universitet əməkdaşları və tələbələr üçün xarici dil kursları, "Conversation club"lar fəaliyyət göstərəcək.

Qeyd edək ki, UNEC Tərcümə Mərkəzində tərcümə sahəsinə aid müxtəlif konfransların keçirilməsi, fəaliyyət istiqamətinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyatı qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübələri öyrənmək də nəzərdə tutulub.

Xəbər lenti
0