00:42 30 May 2017
Canlı yayım
Azərbaycanda orta təhsilin problemləri və onların həlli yolları mövzusunda mətbuat konfransı
© Sputnik / Murad Orujov

"Azərbaycanda təhsil intizamı pozulub"

ELM
Qısa URL
7401

Professor Şahlar Əsgərov: "Bütün ölkələrdə bilik bir qayda ilə qiymətləndirilir: 5, 10 və ya 100 balla. Bizdə isə hamısı ilə"

BAKI, 4 okt — Sputnik. "Hazırda təhsilimiz asan inkişaf etmir və bunun müəyyən səbəbləri var. Birincisi, Qarabağ problemi təhsil sistemimizə böyük zərbə vuraraq onun nizamını pozdu. İkincisi, təhsil sisteminin nizamını keçid dövrü pozdu. Yəni, biz bir ictimai-siyasi quruluşdan başqa ictimai-siyasi quruluşa keçdik".

Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Azərbaycanda orta təhsilin problemləri və onların həlli yolları" mövzusunda keçirilən mətbuat konfransında, Bakı Dövlət Universitetinin (BDU) professoru Şahlar Əsgərov belə deyib. Onun sözlərinə görə, bütün bunlar təhsili çox mürəkkəbləşdirdi, çoxlu problemlər yarandı: "İdarəetmə, təhsil siyasəti, dərsliklər, şagirdlərin dərsə cəlb edilməsi, müəllim və ya direktorların seçilməsi — bütün bunlar problemə çevrildi".

Ekspertin sözlərinə görə, bu problemlər əvvəllər də vardı, amma bu qədər çox deyildi: "Repetitorluq və test sistemi həyatımıza daxil oldu. Bundan başqa, yeni problemlər ortaya çıxdı: 12 illik təhsil probleminə keçildi, biliklərin qiymətləndirilməsinin vahidlik prinsipi pozuldu. Bütün ölkələrdə bilik bir qaydada qiymətləndirilir: 5, 10 və ya 100 balla, amma bizdə hamısı ilə. Yəni, biliyin qiymətləndirilməsinin vahidlik prinsipi pozulub və bu, təhsil intizamını pozur".

Tədbirdə iştirak edən təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə isə, Azərbaycanda təhsil sahəsində müəyyən işlər görülsə belə, bir çox problemlər hələ də qalmaqdadır: "Bu, hər şeydən əvvəl keçid dövrünün problemləri ilə bağlıdır. Bizim ən böyük nöqsanımız ondan ibarət oldu ki, biz uzun illərdən bəri toplanmış potensialı nəinki inkişaf etdirdik, əksinə, olan potensialı da vurub dağıtdıq".

"Yəni, bu keçid dövrünün mərhələlərlə həyata keçirilməsində səhvə yol verdik. Biz nə sovet təhsil sistemindən tam ayrıldıq, nə Qərb təhsil sistemini kifayət qədər mənimsədik. Bu aralıq mövqedə qalmağımız belə problemlərin mövcudluğuna şərait yaratdı", — N. İsrafilov qeyd edib.

Ekspertin sözlərinə görə, son 15 ildə təhsil sahəsində buraxılan səhvlərin aradan qaldırılması istiqamətində xeyli işlər görülür: "Biz müəyyən tələsikliyə yol vermişik. Kurikulum islahatının həyata keçirilməsi və Baloniya prosesinə qoşulmağımızla bağlı tələsikliklər öz fəsadlarını göstərir. Ümid edirik ki, təhsilin inkişafı naminə atılan addımlar müəyyən uğurların əldə edilməsinə gətirib çıxaracaq".

Əlaqədar

Rusiyanın ən yaxşı universitetlərində təhsil almaq istərdinizmi?
"Sahibkarlıq təhsili"nin qalibləri bəlli oldu
Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə layihəyə başlanıldı
Azərbaycan təhsil müəssisələri - 2016
Teqlər:
Şahlar Əsgərov, dərs, Nadir İsrafilov, təhsil, ekspert

Əsas mövzular