16:01 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Nobel mükafatçısı, professor Edvard Preskott

Nobel mükafatçısı UNEC-də olub

© Photo : forum-astana.org
ELM
Qısa URL
1601

Edvard Preskott: "Dünyanın 80-a yaxın ölkəsindən 400-dən çox nümayəndə heyətini bir araya gətirən beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi çox əhəmiyyətlidir"

BAKI, 3 okt — Sputnik. V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Nobel mükafatçısı, professor Edvard Preskott Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qonağı olub. İqtisad Universitetinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Nobel mükafatçısı ilə görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, UNEC-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Makroiqtisadiyyatın tənzimlənməsi, iqtisadi siyasətin zaman ardıcıllığı, biznesin hərəkətverici qüvvələri və iqtisadiyyatın digər sahələrində öz töhfələrini vermiş Edvard Preskott barədə danışan UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov alimin həm də İqtisad Universitetinin fəxri doktoru olduğunu bildirib. Prorektor dünya şöhrətli iqtisadçıya UNEC haqqında məlumat verib, burada həyata keçirilən yeniliklərdən söz açıb.

Tədbirdə çıxış edən Edvard Preskott V Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, dünyanın 80-a yaxın ölkəsindən 400-dən çox nümayəndə heyətini bir araya gətirən beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi çox əhəmiyyətlidir. İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın digər ölkələr üçün yaxşı tərəfdaş olduğunu və forumun bu tərəfdaşlığın inkişafında mühüm töhfə verəcəyini xüsusi qeyd edib.

Sonra Edvard Preskott ümummilli gəlirin formalaşdırılması mexanizmi, inflayasiya ilə işsizlik arasında qarşılıqlı əlaqə, dünya iqtisadiyyatında baş verən proseslər, investisiya mühiti, sosial məsuliyyət, bərpa olunan enerji mənbələrindən istifadə, ümummilli məhsulun formalaşdırılması mexanizmi, iqtisadiyyatda təhsilin rolu və digər mövzular barədə UNEC-in professor-müəllim heyəti və tələbələrin suallarını cavablandırıb.

Sonda Nobel mükafatçısı İqtisad Universitetində olmağından məmnun qaldığını, UNEC əməkdaşları, xüsusən tələbələrin intellektual səviyyəsinin yüksək olduğunu, bütün bunların ölkədəki təhsilinin səviyyəsindən xəbər verdiyini bildirib. Qeyd edib ki, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan üçün gələcək iqtisadçıların hazırlanmasında UNEC-in mühüm rolu var.

Əlaqədar

Prezident təqaüdünə layiq görülən UNEC tələbələrinin sayı artıb
UNEC-də tələbə-mentorlar fəaliyyətə başlayacaq
UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinə keçid balı 601 olub
UNEC sənəd qəbulunun müddətini uzatdı
UNEC-də yeni meqa fakültə yaradılıb
UNEC tələbələrindən Bakıda möhtəşəm məzun günü
Teqlər:
Edvard Preskott, V Bakı Beynəlxalq Humanitar Forumu, Nobel sülh mükafatı, UNEC, qonaq

Əsas mövzular