ELM

Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə layihəyə başlanıldı

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC-də yenilik: "Tədrisin keyfiyyəti tələbələrin gözü ilə"

BAKI, 21 sen — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Tədrisin keyfiyyəti tələbələrin gözü ilə" layihəsinə start verilib. UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, layihənin əsas məqsədi UNEC-də keyfiyyətli tədrisin təşkilində tələbələrin iştirakını təmin etmək, onların ehtiyaclarına uyğun tədris standartlarını müəyyənləşdirmək, bununla da təhsilin səviyyəsinin yüksəldilməsinə zəmin yaratmaqdır.

UNEC-də tələbə-mentorlar fəaliyyətə başlayacaq - Sputnik Azərbaycan
ELM
UNEC-də tələbə-mentorlar fəaliyyətə başlayacaq

Layihəyə əsasən, UNEC-in tələbə təşkilatlarının fakültə nümayəndələri mütəmadi olaraq, dərs prosesi ilə əlaqədar məlumat toplayacaqlar. Məlumatlar tələbə təşkilatlarının iştirakı ilə keçirilən görüşlərdə "Tədrisin keyfiyyəti tələbələrin gözü ilə" devizi altında müzakirə ediləcək.

Sonra təklif və şikayətlər əsasında fakültələr üzrə hesabat hazırlanaraq, universitet rəhbərliyinə təqdim ediləcək. Semestrin sonunda ortaya çıxan problemlər və onların həlli istiqamətində görülən işlər tələbələrlə müzakirə edilərək, tədrisin keyfiyyətindəki müsbət dəyişikliklər barədə hesabat hazırlanacaq.

Layihə həm də keyfiyyətli tədrisin təşkili sahəsində müəllim və tələbə arasında əməkdaşlığın formalaşmasına xidmət edəcək.

Qeyd edək ki, layihə hazırlanarkən Avropa Keyfiyyət Təminatı Assosasiyasının "Keyfiyyat təminatı üzrə standart və qaydalar" adlı sənədi əsas götürülüb. Sənədə görə, tələbələr tədris prosesinin keyfiyyətini müəyyən edən əsas tərəflərdən biridir və onların keyfiyyət təminatı prosesinə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti
0