ELM

Lənkəran Dövlət Universitetinin ikinci korpusunun açılışı olub

© Sputnik / Rahim ZakiroğluLənkəran Dövlət Universitetinin 2-ci tədris korpusu
Lənkəran Dövlət Universitetinin 2-ci tədris korpusu - Sputnik Azərbaycan
Abunə olmaq
Beş mərtəbədən ibarət olan binada 1600 nəfər tələbənin təhsil alması nəzərdə tutulub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 15 sen — Sputnik. Bu gün Lənkəran Dövlət Universitetinin humanitar və təbiət elmləri fakültələrinin tələbələri üçün nəzərdə tutulan ikinci inzibati binanın açılışı olub. Sputnik-in bölgə müxbiri xəbər verir ki, bu münasibətlə təşkil edilən tədbirdə Təhsil Nazirliyinin, Rayon İcra Hakimiyyətinin rəmiləri, müəllimlər, tələbələr və valideynlər iştirak ediblər.

Tələbə - Sputnik Azərbaycan
ELM
Hansı universitetlərdə yerlər dolmayıb?

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov və digərləri çıxış edib tələbələrə yeni tədris ilində uğurlar diləyiblər. Sonra isə Lənkəran Dövlət Universitetinə bu il qəbul olunan tələbələrə tələbə biletləri təqdim edilib. Ardınca tədris binasının açılışı baş tutub.

Qeyd edək ki, 5 mərtəbədən ibarət olan binada 1600 nəfər tələbənin təhsil alması nəzərdə tutulub. Hər mərtəbədə 5 mühazirə auditoriyası olacaq. Bundan əlavə, tədris binası müasir təlim texnologiya standartlarına cavab verən avandanlıqlarla təmin edilib.

2-ci korpusda fizika, kimya laboratoriyaları, 2 kompüter otağı, iki elektron lövhə, elektron kitabxana, tarix və coğrafiya fənn kabinələri var. Məlumat üçün bildirək ki, gələcəkdə binanın həyətində 100 kubmetrlik su anbarı, qazanxana və yeməkxananın tikilməsi nəzərdə tutulub.

Xəbər lenti
0