ELM

UNEC-də tələbə-mentorlar fəaliyyətə başlayacaq

© Photo : UNECUNEC-də tələbə-mentorlar fəaliyyətə başlayacaq
UNEC-də tələbə-mentorlar fəaliyyətə başlayacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Mentor sisteminin yaradılmasında məqsəd universitetə yeni daxil olan tələbələrə məsləhət dəstəyi vermək, kurslar arasında inteqrasiyanı və şəbəkə münasibətlərini gücləndirməkdir

BAKI, 8 sen — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində "Tələbə-Mentor" sistemi yaradılıb. Bu barədə Sputnik-ə UNEC-in mətbuat xidmətindən məlumat verilib.

UNEC tələbələri - Sputnik Azərbaycan
ELM
UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinə keçid balı 601 olub

Bildirilir ki, mentor sisteminin yaradılmasında məqsəd universitetə yeni daxil olan tələbələrə məsləhət dəstəyi vermək, kurslar arasında inteqrasiyanı və şəbəkə münasibətlərini gücləndirməkdir. Fakültənin III kurslarından 12 mentor seçilib. I kursların hər qrupuna ixtisaslar üzrə 2 mentor təyin edilib.

Sentyabrın 15-dən fəaliyyətə başlayacaq mentorlar I kurs tələbələrinin universitet həyatına adaptasiya etmələrinə yardım edəcək. Bundan başqa, Beynəlxalq İqtisadiyyat Məktəbində "Senior mentor" (Böyük Mentor) da fəaliyyət göstərəcək. Senior mentor bir nəfər olmaqla, IV kurs tələbələri arasından seçilib. O, azad mentor kimi fəaliyyət göstərərək birinci kursların bütün qruplarına dəstək verəcək.

Qeyd edək ki, 2016/17-ci tədris ilində UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olunan tələbələr 600-dən yuxarı bal toplayıb. Bununla da Beynəlxalq İqtisadiyyat Məktəbinə minimal keçid balında yüksəliş qeydə alınıb. Orta keçid balı isə maksimum həddə çataraq, 635 olub.

Xəbər lenti
0