ELM

Hansı universitetlərdə yerlər dolmayıb?

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidTələbə
Tələbə - Sputnik Azərbaycan
Abunə olmaq
2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41736 yer ayrılıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

BAKI, 29 avq — Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ayrı-ayrı təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı (II mərhələdən sonra) haqqında statistik məlumatları açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41736 yer ayrılıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12315 nəfər dövlət sifarişi əsasında, 22456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83.31 % dolub.

Magistr tələbələrinin dissertasiya işi üzrə imtahan - Sputnik Azərbaycan
ELM
İqtisad Universitetindən daha bir müsbət yenilik

Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam, Azərbaycan Turizm və Menecment Univeristeti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox dolub.

Ayrı-ayrı ali təhsil müəssisələri üzrə plan yerləri və qəbul olan bakalavrların sayı haqqında məlumatlarla bu cədvəldə tanış ola bilərsiniz:

Qeyd edək ki, "Odlar Yurdu" Universitetində yerlərin cəmi 11.33%-i, Qərb Universitetində 25.05%-i, Azərbaycan Kooperasiya Universitetində 36.07%-i,"Azərbaycan" Universitetində 45.38%-i, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində 44.21%-i, Bakı Avrasiya Universitetində 49.22%-i, Bakı Biznes Universitetində isə 59.50%-i dolub.

Xəbər lenti
0