ELM

Azərbaycanda bir məktəbin 27 məzunu 600-dən yuxarı bal toplayıb

© AZƏRTACSumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunları
Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunları - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil müəssisəsini bu il təbiət fənləri üzrə 17, texniki fənlər üzrə isə 25 şagird bitirib. Onlardan 27-si ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. O cümlədən 8 abituriyent 650-dən yuxarı nəticə göstərib.

BAKI, 26 iyul — Sputnik. Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 27-i məzunu ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Gimnaziyanın direktoru, Əməkdar Müəllim Nizami Əhmədov AZƏRTAC-a bildirib ki, gimnaziyada iki buraxılış sinfi olub.

Təhsil müəssisəsini bu il təbiət fənləri üzrə 17, texniki fənlər üzrə isə 25 şagird bitirib. Onlardan 27-si ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. O cümlədən 8 abituriyent 650-dən yuxarı nəticə göstərib.

"Bu şagirdlər gimnaziyada çalışqan olmaları, dərsə davamiyyətləri, aldıqları yüksək qiymətlərlə seçiliblər. Ona görə də, belə uğurlu nəticəni gözləyirdik", — deyə N.Əhmədov deyib.

Xəbər lenti
0