05:37 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə

Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul yerlərinin sayı açıqlanıb

© Sputnik / Murad Orujov
ELM
Qısa URL
65 0 0

Məleykə Abbazsadə: "Ümumilikdə qəbul planına əsasən, 48905 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcək"

BAKI, 15 iyul — Sputnik. Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün 41965 yer təqdim olunub. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbazsadə bu gün keçirilən mətbuat konfransında bildirib.

M. Abbaszadə qeyd edib ki, bu, ötən illə müqayisədə 7,21% çoxdur. Onun sözlərinə görə, dövlət sifarişli yerlərin sayında bir az fərq var və ötən illə müqayisədə 497 yer artıb.

Şura sədri bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 11 714 olmuşdusa, bu il yerlərin sayı 12 221-dir: "11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə isə bu il 6940 yer ayrılıb. Ötən il isə bu rəqəm 6 133 yer olub. Beləliklə, 11 illik bazadan texnikumlara ayrılan qəbul yerlərinin sayı ötən illə müqayisədə 13% artıb. Ümumilikdə qəbul planına əsasən, 48905 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcək".

Direktorlar Şurasının sədri qeyd edib ki, qruplar üzrə də dövlət sifarişli yerlərdə artım var. Onun sözlərinə görə, I qrupda dövlət sifarişli yerlərin sayı 5,9 % (300 yer), II qrupda 9% (2021 yer), III qrupda 3 yer (ötən ilki səviyyədə), IV qrupda 4,99% (62 yer) artıb.

Əlaqədar

Uşaqlar niyə imtahandan "2" alıblar?!
V ixtisas qrupu üzrə imtahan keçirildi
Min nəfərə yaxın şagird imtahana gəlməyib
"İmtahanların nəticəsi biabırçı mənzərə ortaya çıxaracaq"
Lənkəranda buraxılış imtahanları keçirilib
Teqlər:
Məleykə Abbazsadə, Dövlət İmtahan Mərkəzi, Direktorlar Şurası, qəbul, ali məktəb, imtahan

Əsas mövzular