ELM

V ixtisas qrupu üzrə imtahan keçirildi

© Sputnik / Rahim MuradovMasallıda V ixtisas qrupuna sənəd verən abituriyentlər üçün imtahan keçirilib
Masallıda V ixtisas qrupuna sənəd verən abituriyentlər üçün imtahan keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi qabiliyyət tələb edən ixtisaslara və tam orta təhsil orta ixtisas müəssisələrinə sənəd verən 40771 nəfər abituriyent imtahan verib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Bu gün 14 şəhər və rayonda 82 imtahan mərkəzində, ali təhsil müəssisələrinin V ixtisas qrupuna — xüsusi qabiliyyət tələb edən ixtisaslara və tam orta təhsil orta ixtisas müəssisələrinə sənəd verən 40771 nəfər abituriyent imtahan verib.

Buraxılış imtahanı - Sputnik Azərbaycan
ELM
Min nəfərə yaxın şagird imtahana gəlməyib

İmtahanda iştirak edənlərdən 23504 nəfər əvvəlki illərin məzunları olub. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Salyan, Xaçmaz, Masallı və eləcə də Lənkəranda keçirilib.

© Sputnik / Rahim MuradovMasallıda V ixtisas qrupuna sənəd verən abituriyentlərin üçün imtahan keçirilib
Masallıda V ixtisas qrupuna sənəd verən abituriyentlərin üçün imtahan keçirilib - Sputnik Azərbaycan
Masallıda V ixtisas qrupuna sənəd verən abituriyentlərin üçün imtahan keçirilib

Sputnik bölgə müxbiri xəbər verir ki, Masallıda 4 imtahan mərkəzində — Masallı şəhər 1, 3, 4 saylı orta məktəblərdə və Dəfnə liseyində keçirilib. Masallıda imtahana 4 ümumi imtahan rəhbəri, 11 nəfər imtahan rəhbəri və 165 nəfər nəzarətçi-müəllim nəzarət edib.

Lənkəranda isə imtahan Lənkəran şəhər 2 və 5 saylı orta məktəblərdə, 4 saylı Məktəb-liseydə və Sütəmurdov kənd orta məktəbində keçirilib. Lənkəranda baş tutan imtahanı isə 4 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 151 nəfər isə nəzarətçi-müəllim izləyib.

Xəbər lenti
0