12:19 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
280 0 0

9 və 11 -ci sinif şagirdlərinin buraxılış imtahanlarının gedişi bir qisç valideynləri razı salsa da, prosesdən narazı qalanlar da var

BAKI, 27 iyun — Sputnik. İyunun 26-da ölkə üzrə 9 və 11 —ci sinif şagirdlərinin buraxılış imtahanı keçirilib. Respublikanın bütün məktəb şagirdləri buraxılış imtahanı verərək növbəti pilləni bitiriblər. 

Sputnik-in əməkdaşı imtahan prosesinin şəffaflığı, gedişi və digər nüanslarla bağlı şagird və müəllimlər arasında kiçik sorğu keçirib. Cavablar fərqlidir.

9-cu sinif şagirdi Aytən İsaqızı imtahanların keçirilməsindən razı qaldığını bildirib: "İmtahanlar yüksək səviyyədə keçirilib. Fövqəladə Hallar Naziriliyinin işçiləri və təcili yardımın həkimləri də imtahanın keçirildiyi əraziyə cəlb olunmuşdu. İmtahan normal keçdi. Suallar asan idi. Düşünürəm ki, imtahan nəticələrim də yaxşı olacaq".

Valideyn Əfqan Həmzəyev də övladının imtahanından razı qaldığını dilə gətirib: "İmtahanlar yaxşı keçdi. Suallardan övladım razıdır. Valideyn kimi mən də razıyam".

Gülnarə Xəlilova isə qızının imtahanından razı qalmayıb: "İmtahan yaxşı keçdi. Amma qızım sualların bir qədər çətin olduğunu deyir. Bir qədər suallar asan olsaydı, daha yaxşı olardı".

Digər valideyn Sədaqət Ağayeva isə, belə imtahanların şagirdlərin irəliləməsinə maneə olduğunu bildirib: "Belə imtahanlar çox çətin və uğursuz nəticələnir. Şagirləri bədbəxt edirlər. Hər il çox sayda uşaq imtahanlardan kəsilir. Belə olmaz. Oğlumun imtahandan keçməsini istəyirəm. Amma imtahanın çox çətin olduğunu dedi. Nəticəni gözləyirik".

Təhsil eksperti Kamran Əsədov da imtahanların nəticələrinin ürəkaçan olmadığını qeyd edib: "İmtahanlarda ümumilikdə 55908 şagirdin iştirak edəcəyi nəzərdə tutulub (IX sinif üzrə 31254, XI sinif üzrə 24654). Hələlik nəticələr elan olunmayıb, yaxın günlərdə elan olunacaq. Lakin istər əvvəlki ilərdə keçirilən bu tipli imtahan nəticələrinə, istərsə də regionlarda cari ildə keçrilən buraxılış imtahanlarının ilkin nəticələrinə baxdıqda, onu deyə bilərəm ki, əksər şagirdlər yenə də 2 (qeyri kafi) qiymət alacaq. Əminliklə deyə bilərəm ki, nəticələr elan olunanda biabırçı bir mənzərə ilə qarşılaşacağıq".

Əlaqədar

Lənkəranda buraxılış imtahanları keçirilib
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir
TQDK magistraturaya qəbul imtahanının nəticələrini açıqlayıb
Respublikanın 24 şəhərində qəbul imtahanı keçirilib
Bu gün əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə qəbul imtahanı keçirilir
Teqlər:
valideyn, buraxılış, şagird, imtahan, sual

Əsas mövzular