ELM

Təhsil Nazirliyinin qərarı kütləvi narazılığa səbəb olub

© Photo : STROrta məktəb şagirdləri dərs zamanı
Orta məktəb şagirdləri dərs zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Tədris müddətinin 1 sentyabr - 25 may tarixlərindən 15 sentyabr - 14 iyun tarixlərinə keçirilməsi həm şagirdləri, həm də müəllimləri yorur. Ayrıca, may ayından başlayaraq, faktik olaraq proqramlar bitir və dərslər dayanır.

BAKI, 9 iyun — Sputnik. Təhsil Nazirliyi bir neçə il öncə tədris ilinin vaxtını dəyişməklə təhsil sisteminin inkişafına böyük töhfələr verəcəyini düşündü. 1 sentyabr — 25 may tədris ili dəyişdirilərək, 15 sentyabr — 14 iyun tarixlərinə keçildi.

Məktəbli - Sputnik Azərbaycan
ELM
Azərbaycan təhsilində inqilab: vunderkind yetişdiririk

Amma bu dəyişimin təhsilə nə dərəcədə uğur gətirdiyi, yaxud gətirəcəyi hələ sual altındadır. Ayrıca, bu dəyişiklik cəmiyyətdə böyük narazılıqlara da səbəb olub.

Sputnik-in əməkdaşı cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların, tədris ilinin 15 sentyabr — 14 iyun tarixlərinə keçirilməsinə münasibətini öyrənib. Sorğunun nəticələrini təqdim edirik.

Tural Məmmədov — avtomobil təmirçisi: "Mənim oğlum 6-cı, qızımsa 3-cü sinifdə təhsil alır. İnandırım sizi, may ayından başlayaraq uşaqların yazıb-oxumağa, müəllimlərin də öyrətməyə həvəsi qalmır. Son zəng üçün ən gözəl tarix 25 may idi, dərslərin başlaması üçünsə 1 sentyabr ən uğurlu gün idi. Çünki uzun yay istirahəti də sonda darıxdırıcı olur və şagirdlər intizarla məktəbin açılmasını gözləyirlər".

Vaqif Allahverdiyev — restoran administratoru: "Mənə niyəsə elə gəlir ki, Təhsil Nazirliyi müəllimlərin işləmədən 2 həftə artıq əməkhaqqı almasına paxıllıq edir. Sən bu müəllimə nə maaş verirsən ki, onu da iyunun sonunadək işlədirsən? Eləcə də uşaqlar… Tam səmimi deyirəm, şagirdlərin böyük əksəriyyəti iyunun 14-dək məktəbə getmir, gücləri tükənir. Burax, uşaqlar ağır tədris ilinin yorğunluğunu çıxarsınlar da. Nə mənası var, axı bu dəyişikliyin?".

İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dərs buraxmağa görə cərimə rəsmən ləğv edilib

Narxanım Rəşidova — səhiyyə üzrə müfəttiş: "Əlbəttə ki, dediyiniz müddət dəyişikliyinə münasibətimiz yaxşı deyil. Ayın ortasında dərs başlayır, ortasında da bitir. Heç olmasa, sentyabrin 1-i başlasın, mayın 31-I də bitsin. Onsuz da mayın 20-dən sonra uşaqlarda yay tətili həyəcanı olur, onların fikrini dərsə yönəltmək olmur. Bu, müəllimlərə əziyyət verməkdən başqa bir şey deyil".

Sona Mamedova — tələbə: "Mən ümumiyyətlə, tədris müddətini bir az daha uzatmalarını istəyərdim. Buna əlavə olaraq, tədrisin keyfiyyətindən narazıyam. 6-cı sinfdə qardaşım oxuyur. 5 qəpiklik dünyagörüşü verə bilmədikdən sonra, tədris müddətini o qədər uzatmağın da heç bir mənası yoxdur".

Gülnar Əliyeva — jurnalist: "Mən istəyərdim ki, dərslər əvvəlki kimi 1 sentyabr — 25 may tarixlərində olsun. Çünki uşaqlar çox yorulurlar. Əsas problem onunla bağlıdır ki, isti havalarda effektivlik aşağı düşür. Uşaqları sinifdə yuxu basır. Artıq kitablar da bitib, bəzilərini yığıblar. Amma məcbur dərsə getməlidirlər, çünki böyük summativ qiymətləndirmələri son günlərə salıblar. Onlara bu cür işgəncə verməyə heç bir ad tapa bilmirəm. Bu ancaq uşaqları təhsildən iyrəndirməkdir".

Rəşad Şıxəliyev — montajçı: "Təhsil verilmədikdən sonra, ilin 12 ayı da dərs olsa, nə fayda?! Önəmli olan tədris müddətini artırmaq yox, keyfiyyətini gücləndirməkdir".

Orta məktəbdə informatika dərsi. Arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Rayonlarda İnformatikanı tədris edən müəllimlər kompüterdən istifadəni bacarmırlar

Ayşən Qurbanova — tibb bacısı: "Münasibətimiz çox pisdir. Nəinki mənim, hətta bütün valideynlərin, uşaqların da çox böyük narazılığına səbəb olub bu qərar. Mənasız va məntiqsizdir. Uşaqlar boş-boş gedib oturub gəlirlər, dərs keçirilmir, proqram artıq sona çatıb, digər fəsillərdə "çox güclü dərs keçirilir" axı… Qalıb yayda bunların dərs keçməyi. İstəyimiz odur ki, tədris müddəti sentyabrın 1-də başlasın və mayın 31-də qurtarsın. Özlərindən gündə bir qanun çıxartmaqdansa, təhsili gücləndirsinlər, uşaqlarımıza elm, savad versinlər".

Aygün İlqarqızı — idman yazarı: "Əvvəl daha yaxşı idi. Tədris tez başlayırdı və tez də bitirdi. Yəni istilər düşmədən tətilə gedirdik. İndi uşaqlar istidə dərsə gedirlər. Gün dəyib "qıcıqıran" başda nə dərs qalacaq?! Böyükləri bildik. Bəs daha aşağı yaşda olanlar? Bu suala cavab tapsınlar bu qərarı verənlər!".

Samir Qurbanov — fermer: "Biz kənddə yaşayırıq. Məktəbdəki bütün proseslər hamının göz qarşısında baş verir. Vallahi, bunların verdiyi təhsilin özü biabırçılıqdır. Uşağı o qədər lazımsız dərs yükü ilə yükləyirlər ki, yazıq uşaq olan-qalan ağlını da itirir. Çantasına o qədər kitab-dəftər doldurur ki, o çantanı aparıb məktəbə çıxara bilmir. Amma içi boş bir təhsil sistemidir. Bizim sovet dövründə 1 ilə öyrəndiyimizi indiki uşaqlara 5 ilə öyrədirlər, həm də alayarımçıq. O ki qaldı dərs vaxtına, bizə bir izahat versinlər görək, bu qızmar havalarda, gəzib-oynamaq istədikləri vaxt biçarə körpələri sürüyə-sürüyə məktəbə aparmağın nə mənası var?".

Xəbər lenti
0