ELM

Bu xəbər alim olmaq istəyənləri məyus edəcək

© Photo : jarmoluk / bookKitab oxuyan adam. Arxiv şəkli
Kitab oxuyan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Magistratura və doktoranturada əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb

BAKI, 17 may — Sputnik. Parlamentin bu gün keçirilən növbəti plenar iclasında "Elm haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli layihə barədə məlumat verib.

Preparat - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bəzi preparatlar narkotik vasitələr siyahısına salındı

O bildirib ki, Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb: "Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər. Bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər".

"Qanun layihəsi 7 fəsil, 41 maddədən ibarətdir. İlk dəfədir layihədə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr daxil edilib. Daha bir yenilik elmi rütbə ilə bağlıdır. Bu rütbələr AMEA-nın həqiqi və müxbir üzvləri üçün veriləcək", — İ. Həbibbəyli vurğulayıb.

Deputat qeyd edib ki, təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb: "Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər".

Xəbər lenti
0