09:48 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Azərbaycan təhsilində yeni dövr başlayır

ELM
Qısa URL
11611

Ekspertlər bu qənaətdədirlər ki, Dövlət İmtahan Mərkəzinin yaradılması Azərbaycanda biliklərin qiymətləndiriliməsində yeni mərhələ olacaq

Azərbaycan təhsilində yeni dövr başlayır
"Bu qurum daha TQDK adı ilə fəaliyyət göstərə bilməzdi, ona görə də yeni qurum yaradılmalı idi". Bunu aprelin 19-da Sputnik-in mətbuat mərkəzində keçirilən tədbirdə "Təhsil XXI əsr" mərkəzinin rəhbəri Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, aprelin 11-də Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılmasını biliklərin qiymətləndirilməsində yeni dövrün başlanğıcı kimi qiymətləndirmək olar: "Bu nəinki qəbul prosesində, eyni zamanda təhsil sistemində biliklərin qiymətləndirilməsində yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. TQDK təkcə abituriyentlərin biliklərini qiymətləndirmirdi, eyni zamanda orta məktəblərin 9 və 11-ci sinif şagirdlərinin yekun attestasiyası da bu quruma tapşırılmışdı".

"Bundan başqa, dərsliklərin qiymətləndirilməsi və yazılmasında, monitorinq prosesində baş verən nöqsanların aradan qaldırılması, eləcə də vəkillərin işə qəbulu, ədliyyə sistemindəki imtahanları da bu qurum həyata keçirirdi. Ona görə də bu qurum TQDK adı ilə fəaliyyət göstərə bilməzdi", —deyə ekspert bildirib.

Əliyev onu da əlavə edib ki, uşaq və şagirdlər sosiallaşmaqdan uzaqlaşaraq ayrı-ayrı kurslara gedirlər. Amma onların sosiallaşmaları üçün ən yaxşı yer məktəbdir.

Təhsil üzrə ekspert Nadir İsrafilov isə qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin yaradılmasını demokratik istiqamətdə atılan addım kimi dəyərləndirmək olar: "Burada ən mühüm məsələlərdən biri ondan ibarətdir ki, prezident tərəfindən təstiq olunmuş "İctimai iştirakçılıq haqqında" qanun var — cəmiyyətin fikir və maraqlarını nəzərə almaq.Yəni direktorlar şurasının yaradılması və ora dörd ictimai nümayəndənin daxil edilməsi. Bu həm də demokratik istiqamətdə atılan bir addımdır".

Ekspert bildirib ki, son zamanlar cəmiyyətdə TQDK-ın ləğvi və xaricdə təhsil proqramının dayandırılması ilə bağlı müəyyən fikirlər formalaşıb. Onları normal qəbul etmək lazımdır. Nadir İslafilovun fikrincə, bu məsələ gecikib, yeni qurum isə çoxdan yaradılmalı idi.

Ekspertlər onu da əlavə ediblər ki, ölkədə hazırlıq mərkəzləri yaradılacaq. Onların yaradılması isə öz növbəsində repetitor xidmətinin azalmasına səbəb ola bilər.

Əlaqədar

TQDK Təhsil Nazirliyinə birləşərsə, nə baş verər?
Ekspertlər: Təhsildə yeni strukturu daha əvvəl qurmaq lazım idi
Xaricdə təhsil kimlər üçün ləğv olundu?
İmtahan sessiyasının şəffaf keçirilməsi ilə bağlı görüşlər başlayıb
TQDK bu ilki qəbul imtahanlarının tarixini açıqlayıb
Teqlər:
"Təhsil XXI əsr" mərkəzi, Etibar Əliyev, Nadir İsrafilov, təhsil, TQDK

Əsas mövzular