22:03 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Pomidor

Mars torpağına əkilən pomidorlar…

apion.su
ELM
Qısa URL
16111

Mars torpağı ilə yetişdirilən tərəvəzlər, dünya torpağında yetişdirilən tərəvəzlər ilə eyni ölçüdə böyüdü.

BAKI, 12 mart — Sputnik. Botanikaçılar Mars torpağına əkdikləri pomidor, lobya və turpları uğurla yetişdirdi. Daha da əhəmiyyətlisi Mars torpağı ilə yetişdirilən tərəvəzlər, yer üzündəki torpaqda yetişənlər ilə az qala eyni ölçüdə böyüdü.

Sputnik haberler-ə istinadla xəbər verir ki, Hollandiyada Vaqeninqen Universitetindən olan araşdırmaçılar 2014-ci ildən bəri süni torpaqlarda tərəvəz istehsal etməyə çalışır.

Mars və Ayın süni torpaqlarında əkilən pomidor, lobya, turp, çovdar və s. yer üzündəki torpaqda yetişən məhsullarla eyni ölçüdə böyüyüb.

Eyni zamanda, Mars torpağı ilə Dünya torpağında tərəvəzlərin yetişmə müddəti arasında çox kiçik bir fərq meydana gəldi. Beləliklə, botanikaçılar Marsda kənd təsərrüfatı ilə əlaqədar ən kritik suallardan biri olan məhsulun yetişmə müddəti və ölçüsü suallarına cavab tapmış oldu.

Araşdırma qrupunun lideri Vamelink Marsda kənd təsərrüfatını həyata keçirmək üçün olduqca böyük bir büdcəyə və çox yaxşı hesablanmış bir qrafikə ehtiyac olduğunu söyləyir.

Araşdırmaçılar Mars torpağı ilə Dünya torpağında yetişən bitkilərin eyni ölçülərdə böyüdüklərini sübut etmiş oldu.

Lakin Mars torpağı ilə istehsal edilən məhsulların dadlarının Dünya torpağında yetişən məhsullar ilə eyni olub olmadığını anlamaq üçün bir az daha gözləmək lazım olacaq. Vamelink tərəvəzlərin dadılmasının etibarlı olub olmadığı ilə əlaqədar işlərinə davam etdiklərini söyləyir.

Əsas mövzular