ELM

Magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

© Photo : REPORTвступительные экзамены
вступительные экзамены - Sputnik Azərbaycan
Abunə olmaq
TQDK 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir.

BAKI, 6 mart — Sputnik. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 6 şəhərində — Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 41 imtahan mərkəzində aparılır. İmtahan bütün binalarda eyni vaxtda — saat 13:00-da başlanır.

Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.   

İmtahanda iştirak etmək üçün 24110 (ötən il 23231) bakalavr ərizə təqdim edib.

Onlardan 21822 nəfəri Azərbaycan bölməsi, 2288 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10281 nəfəri oğlan, 13829 nəfəri isə qızlardır. Bakalavrlardan 11550 nəfəri cari ilin məzunları, 12560 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 63 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1958-ci il təvəllüdlü, ən gənc isə 1997-ci il təvəllüdlüdür. 

Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 4, Naxçıvan 2, Mingəçevir, Şəki və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 19905, Naxçıvanda 758, Gəncədə 2185, Mingəçevirdə 476, Şəkidə 371, Lənkəranda isə 415 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 168 imtahan rəhbəri, 1828 nəzarətçi-müəllim cəlb olunub. 

Xəbər lenti
0