20:36 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Национальная Академия Наук Азербайджана. Архивное фото

AMEA-nın iki institutu birləşdirilib

sputnik.az
ELM
Qısa URL
11 0 0

Akademiya şəhərciyinin müdiri dəyişib.

BAKI, 4 fev — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutun birləşdirilməsi məsələsi müzakirə edilib. 

APA-nın məlumatına görə, AMEA Rəyasət Heyəti bu institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmasına qərar verib. 

İclasın sonunda kadr məsələsinə baxılıb. AMEA Rəyasət Heyətinin qərarı ilə Nazim Sadıqov AMEA Akademiya şəhərciyinin müdiri vəzifəsindən azad edilib. AMEA Rəyasət Heyətinin digər qərarı ilə Bayram Babayev AMEA Akademiya şəhərciyinin müdiri vəzifəsinə təyin edilib.

Əsas mövzular