01:15 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
tqdk
tqdk.gov.az

TQDK Təhsil Nazirliyinə birləşərsə, nə baş verər?

ELM
Qısa URL
11701

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bir qurum kimi ləğvi və səlahiyyətlərinin aidiyyəti nazirliyə verilməsi ehtimalı var. Ekspertlər bunu təhsil sisteminə təsirlərini şərh edirlər.

BAKI, 4 fev — Sputnik. Azərbaycanda neft gəlirlərinin azalması və milli valyutanın "üzən məzənnə"yə keçdikdən sonra dəyərsizləşməsi fonunda dövlət strukturlarında islahatlar davam edir. Dövlət xərclərinə qənaət etmək məqsədi ilə bir sıra qurumlar ya birləşdirilir, ya da ümumuyyətlə ləğv edilir. İndi də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Təhsil Nazirliyinə birləşdiriləcəyi haqda fikirlər səslənir. Bəs belə bir addım təhsil sisteminə necə təsir edə bilər?

1992-1993-cü illərdə TQDK-nın ilk sədri olmuş Vurğun Əyyub Sputnik-ə açıqlamasında, bunu sadəcə bir fərziyyə hesab etdiyini bildirib. Onun sözlərinə görə, əslində nə belə bir qərar, nə də rəsmi fikir var. V.Əyyub hər iki qurumun birləşməsi variantına inanmadığını söyləyib.

Lakin TQDK sədri Məleykə Abbaszadə hər hansı birləşmə məsələsini istisna etmir. Onun sözlərinə görə, islahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, onlar da tabe olacaqlar: "Bu islahatlar çərçivəsində qərar qəbul olunsa, təbii ki, biz onu yerinə yetirəcəyik. Bizim imtahanlar kütləvi imtahanlardır və mən yaxşı başa düşürəm ki, bu prosesi izləyən yüz minlərlə adam var. Eşidəndə ki təşkilatda nəsə dəyişiklik ola bilər hamı narahat olur".

"Mən üzümü valideynlərə və abituriyentlərə tuturam — heç kim narahat olmasın. İmtahan olduğu kimi keçiriləcək, sizin bilikləriniz düzgün və obyektiv qiymətləndiriləcək, heç bir dəyişiklik sizin taleyinizə təsir göstərməyəcək. Ölkə Prezidentinin siyasətinin əsas mərkəzi insanları qorumaqdır. 10-11 il zəhmət çəkən uşaqlara heç kim zərbə vurmaq fikrində deyil", — TQDK sədri deyib.

Təhsil üzrə ekspert Asif Cahangirov Sputnik-ə açıqlamasında bildirib ki, tələbə qəbulunu universitetlər özləri keçirsəydi, daha yaxşı olardı: "Mən TQDK-nın yaranmasını alqışlamışam və ilk illərdə onun fəaliyyətə başlamasında iştirak etmişəm. İdeal hal bu olardı ki, ölkə üzrə prosedurlar müəyyənləşdirilsin və onlar əsasında tələbə qəbulunu universitetlər özləri aparsın. Amma reallıq budur ki, biz bunu hələlik edə bilmərik, çünki korrupsiya ehtimalı çox yüksəkdir".

"TQDK kimi qurum təhsil sistemindən kənarda fəaliyyət göstərsə, bu, daha səmərəli olar. Ümumiyyətlə dünya təcrübəsində belə imtahanları keçirən qurumlar həmin sistemdən kənarda olurlar", —deyə ekspert vurğulayıb.

O, əlavə edib ki, belə qurumlar nazirliyin nəzdində və onun kənarında dövlət qurumu kimi fəaliyyət göstərir: "Testləşdirməni özəl təşkilatlar vasitəsilə həyata keçirən ölkələr də var. Belə qurum təhsil sisteminin kənarında fəaliyyət göstərsə, bu daha səmərəli olar".

Əlaqədar

TQDK 600 və daha çox bal toplayan abituriyentlərə müraciət edib
TQDK minimum keçid balını açıqladı
TQDK rezidenturaya hazırlaşanlar üçün online sınaq imtahanı keçirir
Təhsil haqları qalxa bilərmi?
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin edilib
Dövlət ali məktəblərində ödənişli təhsil ləğv olunur
Teqlər:
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, qəbul, təhsil, imtahan, TQDK, Təhsil Nazirliyi, tələbə

Əsas mövzular