ELM

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin edilib

© AR Ministry of EducationTəhsil nazirliyi
Təhsil nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil naziri Mikayıl Cabbarov Bakı Şəhəri üzrə Təhsil İdarəsində rəhbər vəzifələrə yeni təyinatlar edib.

BAKI, 28 dek — Sputnik. Dekabrın 28-də təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib. Bu barədə Təhsil nazirliyinin saytında məlumat verilir. 

Qeyd edək ki, bu təyinata qədər Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb. 

Həmçinin, təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.

Xəbər lenti
0