ELM

AMEA-da doktoranturaya qəbul başlayıb

© Sputnik / Murad OrujovAMEA \ Национальная Академия Наук Азербайджана
AMEA \ Национальная Академия Наук Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA rəhbərliyi imtahan prosesinin gedişi ilə maraqlanıb.

BAKI, 19 noy — Sputnik. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Fizika, Riyaziyyat və Mexanika, Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarında müvafiq ixtisas fənnləri üzrə doktoranturaya qəbul imtahanları keçirilib.

Sputnik APA-ya istinadən xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov imtahan prosesinin gedişi ilə maraqlanmaq üçün əvvəl AMEA-nın Fizika İnstitutunda, sonra isə Riyaziyyat və Mexanika İnstitutunda olublar.

AMEA Rəyasət Heyətinin 4 noyabr 2015-ci il tarixli qərarına əsasən AMEA-da doktoranturaya qəbul imtahanları 16 noyabr — 10 dekabr 2015-ci il tarixinədək keçirilməlidir.

Xəbər lenti
0