ELM

Bakıda ABŞ sərgisi işə başladı

© Sputnik / Ilya PitalevABŞ bayrağı
ABŞ bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Sərgidə Amerikanın 18 universiteti iştirak edir.

BAKI, 4 noy – Sputnik. Bugün paytaxt Bakıda ABŞ təhsil sərgisi öz işinə başlayıb. Sərgidə Amerikanın 18 universiteti iştirak edir. Bu barədə jurnalistlərə Azərbaycan-ABŞ təhsil məsələləri üzrə koordinator Ramilə Verdiyeva məlumat verib.

“500-dək insanın iştirak edəcəyi sərgi 1 gün davam edəcək. Sərginin təşkil olunmasında əsas məqsəd azərbaycanlı gənclərin ABŞ universitetlərində təhsil almasına şərait yaratmaqdır. Maraqlananlara Amerikadakı təhsil haqları, təhsil qaydaları haqqında geniş məlumat verilir. Bu sərgi artıq neçənci ildir ki təşkil olunur. Məhz belə sərgilər nəticəsində təkcə keçən il 400-ə yaxın azərbaycanlı gənc ABŞ universitetlərində təhsil hüququ qazanıb. Orada oxumaq istəyənlərə güzəştli təhsil imkanı da yaradılır”, deyə Ramilə Verdiyeva bildirib.

Xəbər lenti
0