19:28 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Milli Elmlər Akademiyası

AMEA Mərkəzi Elmi Kitabxanası istifadəyə verilib

sputnik.az/ Pəri Abbaslı
ELM
Qısa URL
31212

AMEA Mərkəzi Elmi Kitabxanasının mətbuat xidmətindən verilən xəbərə görə, ilk olaraq oxucular qeydiyyatdan keçiblər, kitabxanadan istifadə qaydaları və istifadəçilərə aid bölmələrin yerləşməsi haqqında təlimatla tanış olublar.

BAKI, 30 sen — Sputnik. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası oxucuların istifadəsinə verilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının mətbuat xidmətindən verilən xəbərə görə, ilk olaraq oxucular qeydiyyatdan keçiblər, kitabxanadan istifadə qaydaları və istifadəçilərə aid bölmələrin yerləşməsi haqqında təlimatla tanış olublar.

Gün ərzində oxucuların sorğuları əsasən kitab, qəzet, jurnal və elektron materiallara aid olub. Sorğular MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşları tərəfindən cavablandırılıb.

Müasir avadanlıqlarla tam təchiz olunmuş oxu zallarında oxucular yeni standartların tələblərinə cavab verən xidmət çərçivəsində elektron resurslara çıxış imkanlarından istifadə ediblər.

İstifadəçilərin elmi məqalələr üzrə Bioone, Ebsco Premier, İopscience, Edward Elgar, Royal Society Journals Collection və digər məlumat bazalarına dair sorğularını kitabxananın xidmət personalı düzgün və operativ cavablandırıb. Oxuculara hərtərəfli məlumat-biblioqrafiya xidməti ilə yanaşı, həm də müxtəlif texniki xidmətlər (surətçıxarma, skanlama və  s.) göstərilib.

Əsas mövzular