01:23 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Bakı Asiya Universiteti

Azərbaycanda universitet bağlandı

facebook BAU
ELM
Qısa URL
8010

Cəsarət Valehov: Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.

BAKI, 8 sen – Sputnik. Bakı Asiya Universiteti öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu barədə Sputnik-ə açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. Onun sözlərinə görə, universitet rəhbərliyi Təhsil nazirliyinə müraciət edərək, hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

“Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunmuş və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilmişdir. Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaqdır”, deyə Cəsarət Valehov əlavə edib.

Valehov, Universitetin hansı səbəbə görə öz fəaliyyətini dayandırmasından xəbəri olmadığını deyib.

Teqlər:
Təhsil Nazirliyinin mətbuat xidməti, Bakı Asiya Universiteti, Təhsil Nazirliyi, Cəsarət Valehov, Azərbaycan, Bakı

Əsas mövzular