21:57 19 Noyabr 2017
Canlı yayım
Paskal Monye

Səfir: Bakıda Fransa-Azərbaycan universiteti yaradılacaq

© AZƏRTAC
ELM
Qısa URL
4901

Azərbaycan Tibb Universitetində Fransanın Bakıdakı səfiri ilə görüş keçirilib.

BAKI, 27 may — Sputnik. Azərbaycanda Fransa-Azərbaycan universitetinin yaradılması nəzərdə tutulur. Bunu Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.

Azərbaycan Tibb Universitetində Fransa səfiri ilə görüş keçirilib. 

Fransanın ölkəmizdəki səfiri Paskal Monyeni qəbul edən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov  Fransanın bir neçə universiteti ilə sıx əlaqələrinin olduğunu və bu ali təhsil ocaqları ilə əlaqələrin həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərindən genişləndirməkdə maraqlı olduqlarını bildirib.

Rektor ATU haqqında məlumat verərək bildirib ki, bu ali təhsil ocağı Azərbaycanda həkim və əczaçılıq sahəsində mütəxəssis hazırlayan yeganə universitetdir: “Universitetimizə ildə təxminən 1000 tələbə qəbul edilir. Hazırda 7000-ə yaxın tələbəmiz var. Avropa universitetləri ilə müqayisədə böyük olmasa da, amma bütövlükdə Azərbaycanın aparıcı ali ocaqlarından biriyik”. 

Rektorun sözlərinə görə, ATU-da 160-dan çox professor, 700-dən çox elmlər namizədi-dosent var. Universitetdə 1000 xarici vətəndaş təhsil alır. Son  illərdə universitetin dörd yeni klinikası inşa olunub və istifadəyə verilib. 

Fransanın ölkəmizdəki səfiri Paskal Monye artıq üçüncü dəfədir ki, Tibb Universitetində qonaq olduğunu bildirib: “İlk dəfə Bakıya gəldiyimdə ilk olaraq məhz Tibb Universitetini ziyarət etmişdim. Universitetinizə xüsusilə minnətdaram ki, iki dəfə fransız dili üzrə müsabiqə keçirməyimizə şərait yaratmısınız”. 

Səfirin sözlərinə görə, Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə yüksək əlaqələr mövcuddur: “Bizim bir layihəmiz də var. Fransa-Azərbaycan universitetinin yaradılmasını nəzərdə tutmuşuq. Bir neçə həftədən sonra Azərbaycan tərəfi pilot universitet kimi hansı ali təhsil ocağının iştirak edəcəyini müəyyənləşdirəcək. Eyni zamanda, Azərbaycanda Fransız xəstəxanasını yaratmağı düşünürük”. 

Görüşdə  iştirak edən Fransanın “Opere Singulari” şirkətinin prezidenti xanım Rim Sabbah, həmin şirkətin vitse-prezdenti cənab Pyer Erbo şirkətləri haqqında ətraflı məlumat veriblər. Rim Sabbah bildirib ki, rəhbərlik etdiyi şirkət təkcə tibb sahəsində deyil, başqa sahələrdə də geniş imkanlara malikdir. Xanım Sabbah gələcəkdə Azərbaycan Tibb Universiteti ilə əlaqələrini  genişləndirəcəklərini qeyd edib.


Əsas mövzular