20:13 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
RUSİYA
Qısa URL
38 0 0

RF prezidentinin mətbuat katibinin sözlərinə görə, hər iki ölkənin biznes strukturları bərabər hüquqlara malik olmalı, mallar sərbəst daşınmalı, gömrük prosedurları birləşdirilməlidir.

BAKI - 12 sentyabr, Sputnik. Rusiya və Belarus İttifaq dövlətinin yaradılmasının və inteqrasiyanın mahiyyəti dövlətlərin birləşməsindən deyil, hər iki ölkənin xalqlarının həyatının yaxşılaşmasındadır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadn xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Qeyd edək ki, iki ölkənin liderləri ümumilikdə 28 inteqrasiya proqramının qəbul edilməsi barədə razılığa gəiblər.

"İnteqrasiyanın mahiyyəti birləşməkdə deyil, hər iki xalqı üçün həyatın daha da yaxşı olmasında, belarus və ruslar üçün yaşayışın yaxşılaşmasındadır", - deyə Peskov Belarusun ONT kanalı ilə nümayiş olunmuş müsahibəsində bildirib.

Peskovun sözlərinə görə, bu o deməkdir ki, hər iki ölkənin biznes strukturları bərabər hüquqlara malik olmalı, mallar sərbəst daşınmalı, gömrük prosedurları birləşdirilməlidir.

"Burada gizlin bir məqam yoxdur. Bu, srfəlidir və məntiqin diktə etdiyidir", - deyə mətbuat katibi vurğulayıb.

Həmçinin oxuyun:

Putin Belarusa səfər edəcək

Teqlər:
Dmitri Peskov

Əsas mövzular