23:42 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
RUSİYA
Qısa URL
19 0 0

Ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçev xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub.

BAKI, 10 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin FHN general-polkovniki Aleksandr Çupriyanı müvəqqəti olaraq fövqəladə hallar naziri təyin edib. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq sərəncam ölkənin hüquqi informasiya portalında dərc olunub.

Qeyd edək ki, ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçev xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub.

"Rusiya FHN kədərlə xəbər verir ki, Yevgeni Ziniçev Arktika zonasının fövqəladə hallar vaxtı müdafiəsinə həsr olunmuş təlimlər zamanı xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub", - deyə FHN-in məlumatında deyilir.

Yevgeni Ziniçev 1966-cı il avqustun 18-də Leninqradda anadan olub. Sankt-Peterburq Biznes və Hüquq İnstitutunun İqtisadiyyat və Maliyyə fakültələrini bitirib. 2013-cü ildə Baş Qərargahın Hərbi Akademiyasında peşəkar hazırlıq keçib.

1984-86-cı illərdə SSRİ Silahlı Qüvvələrinin Şimal Donanmasında müddətli xidmət keçib. 1987-2015-ci illərdə dövlət təhlükəsizlik orqanlarında işləyib.

15 yanvar 2020-ci ildən Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması məsələləri üzrə naziri vəzifəsini icra edib.

21 yanvar 2020-ci ildə Yevgeni Ziniçev yenidən Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin edilib.

Həmçinin oxuyun:

Azərbaycanın Baş naziri rusiyalı həmkarına başsağlığı verib

Teqlər:
FHN

Əsas mövzular