12:15 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
RUSİYA
Qısa URL
3331 0 0

Rusiya prezidenti deyib ki, bu təhlükə həyatımızın demək olar bütün sahələrinə təsir edib, qlobal iqtisadiyyatın inkişafını ləngidib, bir çox sosial problemləri gərginləşdirib.

BAKI, 9 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyasının həyatın bütün sahələrinə təsir etdiyini, qlobal iqtisadiyyatın inkişafını ləngitdiyini və bir çox sosial problemləri gərginləşdirdiyini söyləyib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.

"Koronavirus pandemiyası ilə əlaqəli risklər hər kəsə aydındır, az əvvəl həmkarlar da bu barədə danışıblar. Bu təhlükə həyatımızın demək olar ki, bütün sahələrinə təsir edib, qlobal iqtisadiyyatın inkişafını ləngidib, bir çox sosial problemləri gərginləşdirib", - cümə axşamı Putin BRHÇA sammitində videobağlantı vasitəsi ilə çıxış edərkən bildirib.

Onüçüncü BRHÇA sammiti sentyabrın 9-da Hindistanın sədrliyi ilə keçirilir. Hindistan öz sədrliyinin mövzusunu "15 illik BRHÇA: BRHÇA daxilində davamlılıq, konsolidasiya və fikir birliyi naminə əməkdaşlıq" kimi seçib.

BRHÇA – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın qeyri-rəsmi dövlətlərarası birliyidir.

Əsas mövzular