18:21 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
RUSİYA
Qısa URL
15 0 0

Rusiya XİN rəhbərinin müavini bildirib ki, ABŞ-ın tətbiq etdiyi bəzi razılaşdırılmamış anlayışlar beynəlxalq antiterror səylərin aşınmasına səbəb olur və terrorizmə qarşı mövcud beynəlxalq hüquqi çərçivəyə ziddir.

BAKI, 9 sentyabr — Sputnik. Rusiya Vaşinqtonun sağlam düşüncə və terrorla mübarizədə konstruktiv əməkdaşlıq qabiliyyətindən xali olmadığına ümid edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov səsləndirib.

Onun sözlərinə görə, Moskva "Amerikada müşahidə olunan insan haqları və terrorla mübarizənin gender aspektlərinin prioritetləşdirilməsi, terrorçuların reabilitasiyası və reinteqrasiyası məsələlərinin həddindən artıq qabardılması, beynəlxalq sülhün və təhlükəsizliyin təməllərini sarsıtmaq istəyənlərin cəzasız qalması ilə razılaşa bilməz".

"ABŞ-ın, xüsusən də "zorakı ekstremizmlə mübarizə" və ya "qaydalara əsaslanan nizam" kimi bəzi razılaşdırılmamış anlayışları tətbiq etməsi narahatlıq doğurur. Hesab edirik ki, bu cür hərəkətlər beynəlxalq antiterror səylərin aşınmasına səbəb olur və terrorizmə qarşı mövcud beynəlxalq hüquqi çərçivəyə ziddir", – deyə o bildirib.

"Bununla belə, ümid edirik ki, Vaşinqton sağlam düşüncə və terrorla mübarizədə konstruktiv əməkdaşlıq qabiliyyətindən xali deyil və ABŞ-da terrorizmin yalnız birgə səylərlə qalib gəlməyin mümkün olduğu böyük bir bəla olduğunu lazımınca dərk edirlər", – deyə Sıromolotov fikrini yekunlaşdırıb.

 

Əsas mövzular