Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanın Baş naziri rusiyalı həmkarına başsağlığı verib

© Sputnik / Dmitriy Astahov / Mediabanka keçidПредседатель правительства РФ Михаил Мишустин и премьер-министр Азербайджана Али Асадов (слева) во время встречи, 20 мая 2021
Председатель правительства РФ Михаил Мишустин и премьер-министр Азербайджана Али Асадов (слева) во время встречи, 20 мая 2021 - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Abunə olmaq
Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəli surətdə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
BAKI, 9 sentyabr — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəli surətdə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Qeyd edək ki, ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Yevgeni Ziniçev xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub.
"Rusiya FHN kədərlə xəbər verir ki, Yevgeni Ziniçev Arktika zonasının fövqəladə hallar vaxtı müdafiəsinə həsr olunmuş təlimlər zamanı xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olub", - deyə FHN-in məlumatında deyilir.
Yevgeni Ziniçev 1966-cı il avqustun 18-də Leninqradda anadan olub. Sankt-Peterburq Biznes və Hüquq İnstitutunun İqtisadiyyat və Maliyyə fakültələrini bitirib. 2013-cü ildə Baş Qərargahın Hərbi Akademiyasında peşəkar hazırlıq keçib.
1984-86-cı illərdə SSRİ Silahlı Qüvvələrinin Şimal Donanmasında müddətli xidmət keçib. 1987-2015-ci illərdə dövlət təhlükəsizlik orqanlarında işləyib.
15 yanvar 2020-ci ildən Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması məsələləri üzrə naziri vəzifəsini icra edib.
21 yanvar 2020-ci ildə Yevgeni Ziniçev yenidən Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin edilib.
Həmçinin oxuyun:
Rusiya FHN rəhbəri Ziniçev həlak olub
Xəbər lenti
0