Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Leonid Volkov və bankirlər oğurlanan milyonlar hesabına ABŞ-da KMB-nin klonunu yaradıblar

© Sputnik / Pavel Bednyakov / Mediabanka keçidЗаседание суда по А. Навальному
Заседание суда по А. Навальному - Sputnik Azərbaycan, 1920, 08.09.2021
Abunə olmaq
Ekspertlərin fikrincə, yeni fond Navalnının tərəfdarlarına ianələri "Stripe" ödəmə sisitemi vasitəsilə qəbul etmək və Amerika hakimiyyət orqanlarından qrant almaq üçün lazımdır.
BAKI, 8 sentyabr — Sputnik. Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun* (KMB) Massaçusetsdə qeydiyyatdan keçirilmiş "Anti-Corruption Foundation, Inc." (ACF) adlı Amerika klonu peyda olub. Bu fonda KMB-qərargahlarının** keçmiş sədri Leonid Volkov və KMB-nin icraçı direktoru Vladimir Aşurkov rəhbərlik edəcək. Fondun idarəetmə heyətinə, həmçinin "Probiznesbank"-ın keçmiş həmsədri Aleksandr Jeleznyak da daxildir ki, o da Rusiya banklarından 28 milyard rubl vəsaitin oğurlanmasında ittiham olunur. RT kanalı  Massaçusets ştatının hüquqi şəxslərinin reyestrində yayımlanmış sənədlər əsasında bununla bağlı məlumat əldə edib.
Ekspertlərin fikrincə, yeni fond Navalnının tərəfdarlarına ianələri "Stripe" ödəmə sisitemi vasitəsilə qəbul etmək və Amerika hakimiyyət orqanlarından qrant almaq üçün lazımdır.
"Anti-Corruption Foundation, Inc." Qeyri-Hökumət Təşkilatı yenicə, 2021-ci ilin 27 iyulunda fəaliyyətə başlayıb. Bunu Massaçusets ştatı hüquqi şəxslərinin reyestrindən (opencorporates.com) çıxarış da təsdiqləyir. Həmin sənədə əsasən, Leonid Volkov, Vladimir Aşurkov və Aleksandr Jeleznyak fondun direktorları kimi təqdim olunurlar. Bununla yanaşı, Volkov ACF-nin prezidenti, Aşurkov isə vitse-prezidenti vəzifəsində göstərilir.
Maraqlıdır, ki, bu üç şəxsin üçü də Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Aşurkov 2014-cü ildə Navalnı üçün toplanan 10 milyon rubl məbləğində ianəni mənimsəməkdə ittiham olunur. Volkov haqqında isə bu ilin fevral ayında yeniyetmələrin qeyri-qanuni mitinqlərə cəlb olunması ittihamı ilə beynəlxalq axtarış elan edilib.
"Probiznesbank"ın qurucusu Jeleznyakı isə müstəntiqlər 2017-ci ildə elə həmin bank və onunla əlaqəli olan "Layf" maliyyə qrupundan 28 milyard rubl vəsaiti mənimsədiyinə görə axtarırlar.
© Sputnik / Valeriy Levitin / Mediabanka keçid"Probiznesbank"ın qurucusu Aleksandr Jeleznyak
Гала-ужин и благотворительный аукцион Bazar Heart Dinner - Sputnik Azərbaycan, 1920, 01.10.2021
"Probiznesbank"ın qurucusu Aleksandr Jeleznyak
Jeleznyak faktiki olaraq Rusiya büdcəsinə ziyan vurub. "Navalny Leaks" layihəsinin müəllifi İlya Remeslo belə hesab edir. Başqa sözlə, o deyir ki, Jeleznyak özü elə Korrupsiya ilə Mübarizə Fondunun mübarizə aparmalı olduğu şəxslərə yaxşı nümunədir.
"O ki qaldı Jeleznyaka, bu, tamamilə təəccüb doğuran hadisədir. Çünki korrupsiya ilə mübarizə aparanlar adı kifayət qədər böyük oğurluq hadisəsində hallanan şəxsi fondun başına gətiriblər. Jeleznyak dövlətdən oğurladığı on milyardlarla vəsait hesabına özünə mülk alıb və KMB-ya orada "sığınacaq" verib", – deyə Remeslo RT-yə müsahibəsində bildirib.
Bruklindən Manhettenə etibarnamə ilə
Massaçusetsdəki fond "xarici korporasiya" kimi qeydiyyatdan keçirilib. ABŞ-da bu termin əvvəlcədən təsis edildiyi ştatdan fərqli ərazidə bizneslə məşğul olan şirkətlərə aid edilir. Massaçusets fondu bu statusu ona görə alıb ki, o, eyni adlı Nyu-York fondunun filialıdır.
"Xaricdə fəaliyyət göstərmək və ianələri mənimsəyə bilmək, eləcə də ABŞ-ın başqa bir ştatında fəaliyyət üçün xarici korporasiyanı qeydiyyat keçirmək lazımdır. Navalnının əməkdaşları üçün əvvəlcə Nyu-Yorkda ölkədaxili hüquqi şəxs qeydiyyatdan keçirildi, daha sonra Massaçusetsdə onun "xarici korporasiya" adlandırılan bölməsi yaradıldı", – deyə İlya Remoslo vəziyyəti izah edir.
Nyu-Yorkdakı ACF fondu bu adı 2021-ci il mayın 19-da alıb. Halbuki qurumun özü hələ 2020-ci ilin aprel ayında yaradılıb və həmin vaxt "Rikolto, LTD" adını daşıyıb.
Ad dəyişikliyi Navalnının Korrupsiya ilə Mübarizə Fondunun Rusiya prokurorluğu tərəfindən ekstremist təşkilat elan olunmasından bir ay sonra baş verib. Reyestrdən çıxarışa əsasən, Leonid Volkov minimum iyulun 27-dən Nyu-Yorkdakı ACF-nin prezidentidir.
Bununla yanaşı, "Rikolto"-nun Bruklində qərarlaşdığı ilk ünvanda müxtəlif profilli onlarla şirkət qeydiyyatdan keçib.
© Photo : NYS DEPARTMENT OF STATE Nyu-York ştatının hüquqi şəxslərinin reyestrindən çıxarışın skrinşotu
Скриншот документа - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Nyu-York ştatının hüquqi şəxslərinin reyestrindən çıxarışın skrinşotu
"Sənəddə dəyişiklər ilk növbədə ondan xəbər verir ki, 2021-ci ilin mayında Nyu-Yorkdakı hüquqi şəxs yenidən KMF-nin əməkdaşlarının adına keçirilib. Əminəm ki, bu, ABŞ-a getmədən, internet üzərindən, elektron sertifikat və etibarnamə əsasında həyata keçirilib. Bu praktika ABŞ-da geniş yayılıb: hüquq kontoru özünə firma yaradır və sonra onu satır. Alıcıya bu, sıfırdan qeydiyyat prosesindən daha rahat gəlir", – deyə anonimlik şəraitində xarici aktivlərin axtarışı üzrə mütəxəssis RT-yə vəziyyəti izah edib.
Yuxarıda qeyd olunanlara əsaslanaraq güman etmək olar ki, KMF-nin Amerika versiyasının qurucuları yerli hüquqşünaslardan "Rikolto"-nu hazır şirkət kimi alaraq yenidən öz adlarına qeydiyyatdan keçiriblər. Elə həmin vaxt da fond hüquqi adresini Bruklindən Manhettenə dəyişib.
Hazırda fondun Nyu-York ofisi maliyyə məhəlləsində, Brod-strit, 85 ünvanında qərarlaşıb. Nyu-York Fond Birjası və J.P. Morgan bankı da həmin küçədə yerləşir.
KMF-nin yeni ofisi "əkiz qüllələr"in yerində ucaldılmış xatirə kompleksinə piyada 10 dəqiqəlik məsafədədir.
Fondun indiki ofisində 2009-cu ilə kimi "Goldman Sachs"-ın ofisi yerləşirdi. Hazırda binadan biznes mərkəzi kimi istifadə olunur.
Qaçaq bankirin himayəsi altında
Ad dəyişikliyindən iki ay sonra 2021-ci ilin iyulunda Nyu-York fondu Massaçusetsdə filialını açdı. Qeydiyyat faktı Massaçusets ştatının səlahiyyətli orqanları tərəfindən verilmiş xarici şirkət sertifikatının surəti ilə təsdiqlənir. Sənəddə qeydiyyat agentləri kimi (qeyri-rezident şirkətin dövlət orqanları ilə əlaqəsinə cavabdeh olan şəxs qismində) Aleksandr Jeleznyak və Leonid Volkovun imzaları var.
© Photo : The Commonwealth of MassachusettAleksandr Jeleznyak və Leonid Volkovun imzaları olan sertifikatın skrinşotu
Скриншот документа - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Aleksandr Jeleznyak və Leonid Volkovun imzaları olan sertifikatın skrinşotu
Sənəddə qurumun yaradılma səbəbi olaraq "ABŞ, Rusiya, Avropa və bütün dünyada korrupsiya əleyhinə və hüquq-müdafiə layihələrində iştirak" qeyd olunur.
Korporasiyanın ünvanı: 88 Cutler Lane, Chestnut Hilldir.
Daşınmaz əmlakın satışı üzrə açıq elanlar bazasına əsasən, bu, 2279 kvadratmetrlik xüsusi mülkdür. Rusiya mətbuatının yazdığına görə, 2016-cı ildə evi bankirin həyat yoldaşı Olqa Jeleznyak 4,4 milyon dollara alıb. Alqı-satqı əməliyyatının həyata keçirildiyini daşınmaz əmlak satışı üzrə fəaliyyət göstərən Amerika saytlarının məlumatları da təsdiqləyir. "Checkpeople" onlayn məlumatlar bazası da sözügedən ünvandakı mülkün Olqa və Aleksandr Jeleznyaklara aid olduğunu təsdiqləyir.
© Photo : priceypads.comOlqa Jeleznyaka məxsus olduğu bildirilən 4,4 milyon dollarlıq villa
Особняк - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Olqa Jeleznyaka məxsus olduğu bildirilən 4,4 milyon dollarlıq villa
Alış əməliyyatı Jeleznyaka məxsus "Probiznesbank"da baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Rusiyada cinayət işinin açılmasından bir il sonra gerçəkləşib.
İstintaq versiyasına görə, pullar faktiki kreditləşmə sxemi vasitəsilə mənimsənilib: "Probiznesbank" saxta şirkətlərə qəsdən qaytarılması mümkün olmayan kreditlər verib. Bu şəkildə bankdan çıxarılan vəsaitdən xaricdə daşınmaz əmlak almaq üçün istifadə edilib.
Yurisdiksiya məsələləri
Navalnının silahdaşları bir-birinin ardınca xaricə üz tuturlar. Bəziləri, məsələn, Volkov və Aşurkov artıq uzun müddətdir ki, Rusiya sərhədlərindən kənarda yaşayırlar. 2021-ci ildə KMF-nin əsas fiqurlarının əksəriyyəti Avrozona və MDB ölkələrində məskunlaşıb.
© Sputnik / Mariya Nahmanovich / Mediabanka keçidAleksey Navalnı və Vladimir Aşurkov
Члены Координационного совета оппозиции Владимир Ашурков, Алексей Навальный, Любовь Соболь (слева направо) на заседании Координационного совета (КС) оппозиции в гостинице Измайлово - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Aleksey Navalnı və Vladimir Aşurkov
Ancaq müxalifətçilər yeni "baş ofis"in açılması üçün məhz ABŞ-ı seçiblər.
"Amerika bir neçə səbəbdən seçilib. Səbəblərdən biri bundan ibarətdir ki, onlara Amerikanın "Stripe" şirkəti ilə müqavilə bağlamaq üçün hüquqi şəxs lazım idi. "Stripe" xarici KMF-lərə daxil olan vəsaitlərin ödəmə operatorudur", - deyə İlya Remeslo vurğulayır.
Həqiqətən də avqustun əvvəllərində Volkov ianələrin "Stripe" xidməti vasitəsilə yeni qəbulu forması barədə məlumat vermişdi. Bu fonda təhlükəsiz və anonim yadım variantı hesab olunur.
"Biz tamamilə Rusiya Bank sistemindən, maliyyə infrastrukturundan uzaqlaşdıq", – deyə Volkov "YouTube"-da bildirmişdi.
© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidLeonid Volkov Moskvada məhkəmə yaxınlığında
Рассмотрение административного дела в отношении Алексея Навального в Симоновском суде - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Leonid Volkov Moskvada məhkəmə yaxınlığında
KMB onlayn ödəniş sistemi olan "Stripe"-ə 2021-ci ildə, məhkəmənin fondu və ona bağlı olan QHT-ni ekstremist təşkilat elan etməsindən sonra keçib. Rusiya vətəndaşı ekstremist təşkilatın maliyyələşdirilməsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Odur ki fond öz sponsorlarını, ianəçilərinin (fondun ümumi büdcəsinin 22 faizini təşkil edir, qalan 78 faiz vəsaiti fondun əməkdaşları və xaricdəki iri biznesmenlər yatırır) təhlükəsizliyini təmin etmək üçün üsullar axtarmağa başlayıb.
Əslində, “Stripe” KMB-yə ianə edən hər kəsi izləyir, odur ki 100 faiz anonimlikdən söhbət gedə bilməz, - deyə informasiya təhlükəsizliyi üzrə mütəxəssilər RT-yə bildiriblər.
Bunu Remeslo da təsdiqləyir. O, fondun yeni hüquqi şəxsini "PayPal" ianə ödəməsi forması vasitəsilə tapa bilib.
"Bu informasiya bank çıxarışlarında öz əksini tapır, həmin məlumatlar isə hüquq-mühafizə xidməti əməkdaşları üçün əlçatandır, sonrası çox sadədir – "Rosfinmonitorinq" vasitəsilə Rusiya banklarına bu ödəmələr üzrə tələbnamə göndərilir və ianəçilər haqqında məlumat əldə edilir", – deyə Remeslo öz "Telegram" kanalında yazıb.
Remeslo fondun okeanın o biri tayına köçməsinin bir səbəbi kimi Navalnının tərəfdaşlarının ABŞ tərəfindən himayə olunması ilə də izah edir.
"ABŞ ənənəvi olaraq Navalnı və onun komandasına himayədarlıq edir. Onların orada lap əvvəldən, Navalnının NED-dən*** (Demokratiyaya Dəstək Milli Fondu-RT) qrant aldığı vaxtdan yaxşı əlaqələri var. Navalnı da Volkov kimi Yel Universitetində təhsil alıb", - deyə hüquqşünas bildirib.
Ekspert, nəhayət, onu da vurğulayıb ki, Amerika hökumət fondlarından qrant almaq üçün bu ölkədə şirkəti qurmaq ideal variantdır.
Remeslonun sözlərinə görə, bankir Jeleznyakın rolu fondun rəhbərliyində iştirakla məhdudlaşmaya da bilər.
"Güman edirəm ki, o elə oğurlanmış pullar hesabına KMF-yə sponsorluq edir. Məndə olan məlumatlara görə, Amerikanın xüsusi xidmət orqanları Jeleznyakla işləyirlər. Görünür, bu iş də onun boynuna Rusiyaya ekstradisiya olunmaması müqabilində qoyulub", – deyə Remeslo vurğulayır.
Ekspert bunu KMF-nin Amerikanın dövlət orqanları ilə əlaqəsinin sübutu kimi qiymətləndirir.
"Dövlət Dumasının xarici müdaxilənin araşdırılması ilə məşğul olan komissiyası, eləcə də, DİN və Baş Prokurorluğa müraciət etmək niyyətindəyəm. Amerikalı tərəfdaşlarımıza mütləq bu sualı verməliyik: hansı əsasla korrupsiyaçıları himayə edir və onlardan Rusiyanın işlərinə müdaxilə üçün yararlanırlar?", - deyə Remeslo RT-yə müsahibəsində bildirib.
* Korrupsiyaya Qarşı Mübarizə Fondu Rusiya Ədliyyə Nazirliyinin 09.10.2019 tarixli qərarı ilə xarici agent vəzifələrini icra edən qeyri-hökumət təşkilatlarının reyestrinə daxil edilib. Təşkilat ekstremist qurum kimi tanınıb, Moskva Şəhər Məhkəməsinin 06/09/2021 tarixli qərarı ilə Rusiya ərazisində fəaliyyəti qadağan olunub.
**"Navalnının qərargahı" ictimai hərəkatı ekstremist təşkilat kimi tanınıb və 06/09/2021 Moskva Şəhər Məhkəməsinin qərarı ilə Rusiya ərazisində fəaliyyəti qadağan olunub.
*** "Demokratiyaya Dəstək Milli Fondu" (The National Endowment for Democracy) Baş Prokurorluğun 28.07.2015-ci il tarixli qərarı ilə Rusiya Federasiyasında fəaliyyəti arzuolunmaz sayılan təşkilat elan olunub.
Xəbər lenti
0