Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Rusiyadan ikinci S-400-ü alacaqmı? Ərdoğan bu məsələni Putinlə müzakirə etməyəcək

© © Serbian Presidential Press Service via APЗенитно-ракетный комплекс С-400, фото из архива
Зенитно-ракетный комплекс С-400, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmail Demir bildirib ki, onun ölkəsi Rusiyadan daha bir S-400 sisteminin alınması ilə bağlı prosesləri davam etdirir.
BAKI, 7 sentyabr - Sputnik. Türkiyənin ikinci mərhələdə S-400 almaq məsələsində heç bir tərəddüdü yoxdur.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu sözləri CNN-Türk-ə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmail Demir deyib.
O bildirib ki, bu səbəbdən də ikinci S-400 sisteminin alınması ilə bağlı yeni müqavilə imzalanmayıb:
"Birinci sistemin tədarükü oldu, çatdırıldı. İkinci sistemlə bağlı isə ortaq istehsal, müəyyən texnologiya məsələləri və bəzi təfərrüatlar var ki, həll olunmalıdır. Yoxsa "Türkiyə birinci sistemi aldı, düşündü və ikincini almağa qərar verdi" deyə, bir şey yoxdur. Rusiya tərəfindən də bununla bağlı verilən açıqlamada əslində ikinci sistemin alınması ilə bağlı mərhələnin sonuna gəlindiyi ifadə edilir. Sadəcə hələ ki, ikinci S-400 sisteminin alınması ilə bağlı yeni müqavilə yoxdur, bu istiqamətdə proses davam edir”.
İ.Demir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya gözlənilən səfəri zamanı S-400 zenit-raket hava hücumundan müdafiə sistemilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparmayacağını da diqqətə çatdırıb.
"Bu, artıq dövlət başçıları səviyyəsində müzakirə ediləcək bir məsələ deyil. Danışıqlar aparılıb, iki sistemlə əlaqədar müqavilə imzalanıb. Bundan sonra dövlət başçılarımız tərəfindən bu məsələ ilə bağlı hər hansı bir addımın atılmasını gözləmək, çox da doğru yanaşma deyil", - deyə Demir əlavə edib. 
Ərdoğan Ankaranın yenə Rusiyadan S-400 alacağına şübhə etmir
Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan avqustun sonunda jurnalistlərə demişdi ki, Ankara Rusiyadan S-400 komplekslərinin ikinci alayının alınmasının baş tutacağına şübhə etmir.
"S-400-lərin alınması ilə bağlı heç bir şübhəmiz yoxdur. Biz Rusiya ilə həm S-400, həm də müdafiə sənayesinə dair digər məsələlərlə bağlı çoxlu addımlar atırıq. Yanğınlar söndürülən zaman biz Rusiyanın təyyarələrindən istifadə etdik. Son telefon danışığı zamanı (Rusiya prezidenti Vladimir Putinlə - red. qeydi) biz bu məsələni müzakirə etdik. Mən Rusiyaya səfər edəndə biz bütün bu məsələləri bir daha müzakirə edəcəyik", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 raket komplekslərinin bir alay komplektinin alınması ilə bağlı müqavilə imzalanıb. Həmin hava hücumundan müdafiə sistemləri 2019-cu ilin yay-payız aylarında türkiyəyə çatdırılıb. Həmin müqavilə Türkiyə ilə ABş arasında münasibətlərdə böhrana səbəb olub. Vaşinqton bunun əvəzinə Türkiyədən Amerika istehsalı olan Patriot raket komplekslərini almağı tələb edərək, Ankaraya F-35 qırıcı təyyarələrinin satılmayacağı, habelə CAATSA-ya ("ABŞ rəqiblərinə sanksiyalar vasitəsilə qarşı fəaliyyət" haqqında qanun) uyğun olaraq sanksiyalar tətbiq olunacağı ilə təhdid edib.
Ankara isə öz növbəsində S-400 komplekslərindən imtina etmək niyyətində deyil. Bundan əlavə, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya ilə S-400 komplekslərinin ikinci alayının alınması ilə bağlı danışıqlar aparır.
Həmçinin oxuyun:
* Türkiyə Rusiyadan S-400 komplekslərinin ikinci alayının alacağına şübhə etmir - Ərdoğan
* Rusiya və Türkiyə S-400-lə bağlı yeni müqavilə imzalayacaq
Xəbər lenti
0