19:50 23 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
RUSİYA
Qısa URL
1009 0 0

Nazirliyin hesablamasına görə, şəhərdə 300 min insanın yaşayacağı planlaşdırılır. Beləliklə, Vladivostok və Artyomla birlikdə aqlomerasiyanın əhalisi bir milyon nəfəri keçəcək.

BAKI, 3 sentyabr — Sputnik. Rusiyanın Uzaq Şərq və Arktikanın İnkişafı Nazirliyi bu ölkədə yeni şəhərin yaradılacağı barədə məlumat verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, yeni salınacaq şəhərin adı Sputnik olacaq.

Şərq İqtisadi Forumunun gedişatında bildirilib ki, 2,8 milyon kvadrat metr sahəyə malik yeni şəhər Vladivostokdan 30 kilometr aralıda inşa olunacaq. Nazirliyin hesablamasına görə, şəhərdə 300 min insanın yaşayacağı planlaşdırılır. Beləliklə, Vladivostok və Artyomla birlikdə aqlomerasiyanın əhalisi bir milyon nəfəri keçəcək.

Qeyd edək ki, bir qədər bundan əvvəl Rusiyanın Uzaq Şərq və Arktikanın inkişafı naziri Aleksey Çekunov bidirmişdi ki, Sputnik şəhəri 10 ildən sonra tikiləcək. O qeyd etmişdi ki, şəhər bələdiyyəsi aeroport, Vladivostokun özü və dairəvi avtomobil yolunun yaxınlığında yerləşəcək. Nazir onu da demişdi ki, ilkin olaraq şəhərdə 50 min insanın məskunlaşması nəzərdə tutulur.

Əsas mövzular