17:33 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
RUSİYA
Qısa URL
114310

Putinin sözlərinə görə, iyirmi ildir ki, Amerika qoşunları bu ərazidə idi və iyirmi il ərzində heç kimi incitmədən orada yaşayan insanları sivilləşdirmək, siyasi durum da daxil olmaqla ən geniş mənada öz norma və həyat standartlarını tətbiq etmək istəyirdilər.

BAKI, 1 sentyabr — Sputnik. ABŞ-ın Əfqanıstanda 20 illik mövcudluğunun nəticəsi nəinki sıfır, hətta mənfi kimi dəyərləndirilə bilər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"İyirmi ildir ki, Amerika qoşunları bu ərazidə idi və iyirmi il ərzində heç kimi incitmədən orada yaşayan insanları sivilləşdirmək, siyasi durum da daxil olmaqla ən geniş mənada öz norma və həyat standartlarını tətbiq etmək istəyirdilər. Nəticə - bunu edən ABŞ və Əfqanıstan ərazisində yaşayan insanlar üçün yalnız faciələr, yalnız itkilər. Mənfi deməsək, nəticə sıfırdır".

Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi.

Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

* Rusiya və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması

Həmçinin oxuyun:

* ABŞ-ın hava zərbəsi nəticəsində həlak olmuş əfqan hərbçisinin qardaşından şok açıqlama

Kabildəki terror aktından sonra amerikalılar dinc insanlara atəş açıblar

* Kabil aeroportunun üç girişinə artıq taliblər nəzarət edirlər - KİV

Əsas mövzular